Gültəkin Hacıbəylinin keçmiz həyat yoldazı danızdı

img

04-07-2013 [09:50]


Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli qarşılaşdığı bugünkü sensasion hadisə cəmiyyətdə böyük rezionas yaradıb. Xatırladaq ki, G.Hacıbəylinin sözlərinə görə, Nəsimi Rayon Məhkəməsi bu gün onun keçmiş əri Mahmud Mehdiyevin atalıq hüququnun bərpa edilməsi ilə bağlı qərar çıxarıb və bu qərara görə G.Hacəbəylinin 9 yaşlı oğlu Toğrul atası M.Mehdiyevin himayəsinə verilib. Məsələ ilə bağlı G.Hacıbəylinin keçmiş həyat yoldaşı da açıqlama verib. Mia.az virtualaz.org-a istinadən xəbər verir ki, M.Mehdiyev açıqlamasında keçmiş həyat yoldaşını ictimayyəti aldatmaqda ittiham edib: ?Məhkəmə uşağın mənim himayəmə verilməsi ilə bağlı qərar çıxarmayıb. Məhkəmə yalnız belə qərar verib ki, mənim öz doğma oğlumla hər gün saat 16:00-dan saat 21:00-a qədər görüşə bilməyim təmin olunsun. Oğlum yalnız bazar günləri mənim yanımda qalacaq. Burada qeyri-qanuni nə var ki?! Məgər mənim öz doğma balamla görüşmək hüququm yoxdurmu? Atanın öz doğma övladı ilə gündə heç olmasa bircə dəfə görüşmək haqqı nə vaxtdan yasaq edilib? Gültəkin Hacıbəyli bu məsələni niyə siyasiləşdirir? Gültəkin Hacıbəylinin ?uşaq atasının kim olduğunu bilmir? sözlərinə gəlincə isə ona ayıb olsun. Uşaq mənim haqqımda gec-tez hər şeyi biləcək. Gültəkin Hacıbəyli öz deputat statusundan və əlindəki hakimiyyətdən istifadə edib uşağımı məndən gizlətmək hüququna malik idimi? İndi mən öz oğlumla tanış olmaq, onu gündə heç olmasa bir dəfə görmək hüququnu əldə etmişəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA