ilham Əliyev kənd təsərrüfatı ilə bağlı sərəncam, gömrüklə əlaqəli fərman verdi

img

04-07-2013 [06:59]


Bu gün prezident İlham Əliyev daha bir sərəncam imzalayıb. Prezidentin sərəncamı kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında olub. Mia.az Prezidentin sərəncamını olduğu kimi təqdim edir: "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsi, ərzaq məhsulları istehsalının artırılması, istehlakda idxaldan asılılığın azaldılması üçün aqrar sahəyə dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi öz aktuallığını saxlamaqdadır. İri taxılçılıq təsərrüfatlarının yaradılması, ehtiyatda olan torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi, eyni zamanda istismarda olan taxılyığan kombaynların əksəriyyətinin mənəvi və fiziki cəhətdən köhnəlməsi əlavə taxılyığan kombaynların alınmasını zəruri edir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının bu il taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ?Aqrolizinq? Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti". *** Bu gün Prezident İlham Əliyev ?Gömrük tarifi haqqında? da fərman verib. Fərmanda mövcud qanunlarımızın və Prezident aktlarının ?Gömrük tarifi haqqında? Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb, yenidən Prezidentinə təqdim edilməsi ilə bərabər, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin elbkməsi öz əksini tapıb. Həmçinin, Fərmanda qeyd olunub ki, ?Gömrük tarifi haqqında? Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə uyğun olaraq, xüsusi, antidempinq və ya kompensasiya rüsumlarının formalaşdırılması və tətbiqi qaydasını tənzimləyən müvafiq qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin. Eyni zamanda, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların ?Gömrük tarifi haqqında? Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edərək, bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA