Gültəkin Hacıbəylinin 9 yazlı oğlunu əlindən aldılar; Keçmiz deputat danızdı, Milli Şura bəyanat verdi

img

04-07-2013 [04:20]


Bu gün Nəsimi rayon məhkəməsi absurd, Azərbaycan məhkəmə tarixində analoqu olmayan bir qərar qəbul edib. Məhkəmənin görünməmiş bir sürətlə 2,3 və 4 iyul tarixində keçirilmiş iclaslarının yekunu olaraq hakim Etibar Hümbətov keçmiş millət vəkili, Ziyalılar Forumu Koordinasiya Şurasının üzvü, Milli Şuranın Beynəlxalq Əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun anasından alınaraq 9 ildə üzünü görmədiyi atası Mahmud Mehdiyevə verilməsilə bağlı qətnamə çıxarıb. Xatırladaq ki, bir müddət əvvəl Mahmud Mehdiyev mətbuat konfransı keçirərək Gültəkin Hacıbəylinin əleyhinə bəyanatlar vermişdi. Buna Gültəkin Hacıbəylinin hazırkı siyasi mövqeyinin səbəb olduğu isə heç kimdə şübhə doğurmur. ?Azadlıq?a verilən məlumata görə, məhkəməyə təzyiq o qədər güclü olub ki, hakim vəkilin təqdim etdiyi bütün vəsatətləri nə qəbul, nə rədd etməyərək, baxılmamış saxlayıb. Maraqlıdır ki, Səbail rayon İcra Şöbəsindəki icraat üzrə Mahmud Mehdiyevin Toğrulla dörd görüşü olub və bütün görüşlərdə uşağın tələbkarla ünsiyyətdən qəti şəkildə imtinası vəkilin və icra məmurlarının iştirakı ilə aktlaşdırılıb. Görüşlərin uşağın səhhətinə və psixikasına sarsıdıcı zərbə vurması və görüşlərin dərhal dayandırılması haqqında psixoloqun rəsmi rəyi də var. Bütün bunlardan və uşağın həftədə bir dəfə görüşdən təkidlə imtina etməsindən sonra, heç bir məhkəmə araşdırması aparmadan Toğrulun onu 9 il ərzində böyüdən, təhsil verən və təmin edən anasından faktiki olaraq alınması haqda qərar verilib. Məlumatlara görə, uşağın, iradəsi ziddinə verildiyi Mahmud Mehdiyevin daimi yaşayış yeri belə yoxdur. Üstəlik ötən 9 ildə o, uşaqla maraqlanmayıb, aliment ödəməyib və s. Məhkəmənin belə şərtlər daxilində ?uşağın ataya verilməsi? haqda çıxardığı qərar yalnız Gültəkin Hacıbəylidən siyasi fəaliyyətinə, Milli Şurada təmsilçiliyinə görə qisas almaq üçün ola billər. Belə aşkar pozuntularla qəbul edilən absurd qərarın arxasında isə mütləq yüksək səviyyəli siyasi göstəriş olmalıdır. Məsələ ilə bağlı Gültəkin xanımın özünə müraciət etdik. O, yaxın saatlarda Azərbaycan məhkəmə praktikasında misli görülməmiş bu qanunsuzluqla bağlı geniş açıqlama ilə çıxış edəcəyini bildirdi: "Hakimiyyətin əsəbləri dözmədi və ən böyük səhvlərindən birini etdi. Görünür, vəziyyət biz düşündüyümüzdən də ciddidir". **** Demokratik Qüvvələrin Milli Şurası bu gün Nəsimi rayon məhkəməsinin keçmiş millət vəkili, Ziyalılar Forumu Koordinasiya Şurasının üzvü, Milli Şuranın Beynəlxalq Əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulla bağlı çıxardığı qərarı pisləyən bəyanat verib. Məhkəmənin qərarı ilə 9 yaşlı Toğrul faktiki olaraq anası Gültəkin Hacıbəylidən alınaraq 9 ildə üzünü görmədiyi atası Mahmud Mehdiyevə verilir. Milli Şura bu qərarı Gültəkin Hacıbəylinin siyasi mövqeyi ilə izah edir və ona qarşı təzyiq kimi qiymətləndirir. ?Azərbaycan məhkəmə tarixində analoqu olmayan bu qərar hakimiyyətin siyasi opponentlərinə qarşı apardığı repressiya siyasətinin tərkib hissəsidir və Gültəkin Hacıbəylinin siyasi baxışları ilə bağlıdır. Baş verən hadisə hakimiyyətin siyasi mübarizədə bütün hədləri aşmasının, mənəvi dəyərləri pozmasinın təzahürüdür. Milli Şura qəti şəkildə siyasi mübarizədə ailə münasibətlərinə bu formada kobud müdaxiləni yolverilməz sayır?, - deyə bəyanatda bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA