Bakıda sakinlərlə fəhlələr arasında qarzıdurma

img

04-07-2013 [03:49]


Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində - Tofiq Bəhrəmov adına Respublika stadionunun arxasındakı meşə zolağı məhv edilir. Bu barədə ərazidə yaşayan sakinlər məlumat verib. Sakinlər adından danışan Vaqif Əliyevin sözlərinə görə, 3-4 gündür ərazi hasara alınaraq ticarət mərkəzi tikimək üçün ağacları qırırlar. ?Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilsə də, heç bir tədbir görülməyib?, - deyən Vaqif Əliyevin sözlərinə görə, bu səhər ərazidə işləyən fəhlələrlə sakinlər arasında münaqişə baş verib. Nəticədə sakinlər fəhlələri ərazidən qovublar(ANSPRESS).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA