Horadizdə ?Müasir gəncliyin inkizafı? mövzusunda seminar keçirildi

img

04-07-2013 [01:15]


Bu gün Horadiz şəhər 3 saylı orta məktəbdə Qaçqın və Məcburi Köçkün Gənclər təşkilatı və Füzuli rayon gənclərinin təşəbbüsü ilə ?Müasir gəncliyin inkişafı? mövzusunda seminar keçirilib. Tədbirdə müxtəlif peşə sahibi olan 100-dən artıq məcburi köçkün gənc iştirak edib. Füzuli gəncləri çıxışlarında bildiriblər ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Bildirilib ki, prezident İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına diqqət və qayğı ilə yanaşmışdır. Tədbirdə qeyd olunmuşdur ki, Füzuli rayonundan olan gənclər qarşıdan gələn prezident seçkilərində bütün Azərbaycan gənclərinin vahid namizədi olan cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklər və onun yürütdüyü siyasəti dəstəkləyəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA