Akif Muradverdiyev ailəsi ilə görüz istəyir

img

04-07-2013 [12:14]


?Mövcud qanunvericiliyə əsasən istintaqı davam etdiyi müddətdə şəxsin ailəsi ilə ayda iki dəfə qısamüddətli görüş hüququ var. Ancaq Akif Muradverdiyevin bu hüququ təmin edilməyib?. Bunu Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev vəkili Fuad Ağayev bildirib. Vəkilin sözlərinə görə, Akif Muradverdiyev ailə üzvləri ilə görüş hüququnun təmin edilməsi üçün müraciət edib: ?Yaxın zamanda məsələni qaldıracağıq. Görüş üçün ailə üzvləri yox, Akif Muradverdiyev müraciət edir. İndiyə qədər Akif Muradverdiyevin bu hüququnun təmin edilməməsinin səbəbi isə MTN-nin istintaq təcridxanasında müəyyən məsələlərə diqqət yetirilməməsidir?. Müdafiə etdiyi şəxsin səhhətindəki problemlərin hələ də aradan qalxmadığını deyən Fuad Ağayev Akif Muradverdiyevlə dünən görüşdüyünü və onun tibb məntəqəsinə köçürülməsinə hələlik zərurət olmadığını bildirib. Xatırladaq ki, Akif Muradverdiyev bu il iyunun 20-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, Akif Muradverdiyev Bakının beynəlxalq hava limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan, çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirib. Baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan, çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb(?Mövcud qanunvericiliyə əsasən istintaqı davam etdiyi müddətdə şəxsin ailəsi ilə ayda iki dəfə qısamüddətli görüş hüququ var. Ancaq Akif Muradverdiyevin bu hüququ təmin edilməyib?(Aznews).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA