Prezident ilham Əliyev Binəqədi icra Hakimiyyətinin və YAP-ın binasının açılızında!

img

03-07-2013 [08:23]


[/center] İcra Hakimiyyətində açılışdan sonra isə İlham Əliyev Bakının Binəqədi rayonunda yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olub. Prezidentə icra başçısı Xaləddin İsgəndərov məlumat verib ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı 4,5 hektar sahəni əhatə edir. Parkın yenidən qurulmasına ötən ilin avqustundan başladıqlarını deyən başçı deyib ki, görülən işlərə yerli və xarici mütəxəssislər cəlb ediliblər: ?Parkdakı yararsız tikililər sökülmüş, kommunikasiya xətləri yenilənmişdir. Parkın landşaft örtüyündə 167 növ nadir ağac, kol və bitki növlərindən istifadə edilmişdir. Burada relyef nəzərə alınmaqla müasir üslubda hazırlanmış körpülərdən, şəlalələrdən, fəvvarələrdən, çeşmələrdən və digər kiçik memarlıq elementlərindən geniş və məharətlə istifadə olunmuşdur. Uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri quraşdırılib?. Sonra isə İlham Əliyev Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin binanın qarşısında ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu. [center][lib]binaqadi-yap-prezident.jpg[/lib][/center] Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsərək, burada yaradılmış şəraitlə tanış olub. Heydər Əliyev adına mədəniyyət və istirahət parkının giriş hissəsində yerləşən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası ikimərtəbəlidir. Birinci mərtəbədə geniş foye, iş otaqları, ikinci mərtəbədə iş otaqları, konfrans zalı və 120 nəfərlik iclas zalı vardır. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Ulu Öndərin mənalı həyat yolunun və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər asılmışdır. Dövlət başçısı görülən işlərdən razılığını ifadə edib və rayon rəhbərliyinə öz tapşırıq və tövsiyələrini verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA