Daxili izlər Nazirliyindən icra bazçısı Elmar Vəliyevin adı hallanan təhdidə cavab gəldi

img

03-07-2013 [05:01]


?Yeni Müsavat? qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın təhdid olunması ilə bağlı daxili işlər naziri Ramil Usubova etdiyi müraciətə iyulun 3-də cavab verilib. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidovun imzası ilə A.Ayxana göndərilən məktubda deyilir: ?Sizin Daxili İşlər Nazirliyinə ünvanladığınız müraciətinizə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baxılıb. Ərizəniz əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Cinayət-Prosessual Məcəllənin 37.2-ci maddəsinə əsasən CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş ?Təhqir? cinayəti xüsusi ittiham qaydasında həyata keçirildiyindən təhqir olunduğunuzu hesab etdiyiniz halda xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnuz var?. Mia.az Musavat.com-a istinadən xəbər verir ki, ?Yeni Müsavat? qəzetin hüquqşünası Vaqif Hüseyn DİN BMCMİ-nin müraciətə cavabına belə münasibət bildirib: ?Məktubun məğzindən belə aydın olur ki, telefon zənglərində yalnız təhqir olunduğu göstərilir. Halbuki, açıq zənglərlə həm də təhdid olunub. Dövlət vətəndaş təhdid olunduğu halda buna qarışmalıdır. Hüquq-mühafizə orqanlarının işi vətəndaşı müdafiə etməklə yanaşı onun üçün real təhlükənin qarşısını almaq məqsədi ilə tədbirlər görməkdir. Açıq-aydın görünür ki, işi ört-basdır etmək istəyirlər?. Qeyd edək ki, 2013-cü il mayın 12 və 13-də A.Ayxan telefon terroru ilə üzləşib. Belə ki, naməlum şəxslər üç açıq mobil telefon nömrələrindən - (050) 648 02 02, (055) 872 73 56 və (051) 540 32 32 - A.Ayxanın mobil nömrəsinə zəng edərək və mesaj yazaraq onu təhqir və təhdidlərə məruz qoyublar. Zəng müəllifləri A.Ayxanı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı haqda ?Yeni Müsavat?da gedən yazılara görə təhqir etdi8klərini və hədələdiklərini bildiriblər. May ayının 13-də A.Ayxan ölkə prezidenti İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edib. ?Yeni Müsavat?ın rəhbərliyi hesab edir ki, təhqir və təhdidlər zənglərinin, həmçinin mesajlarının arxasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun yaxın ətrafı dayanır. Mayın 15-də Azər Ayxan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub. İdarədə jurnalistin ifadəsi alınıb, həmçinin onun mobil telefonuna baxış keçirilib, lazımi telefon nömrələri və ismarışlar götürülüb. Elmar Vəliyevin köməkçisi mayın 14-də Azər Ayxanla telefon danışığında bildirmişdi ki, (050) 648 02 02 mobil nömrənin sahibi ilə danışıb. Həmin adam köməkçiyə özünü Kəlbəcərdən olan məcburu köçkün kimi təqdim edərək deyib ki, o, ?Yeni Müsavat?da E.Vəliyev haqda çıxan yazılardan qəzəblənərək Azər Ayxana zəng edib və mesaj yazıb. Sonradan hüquq-mühafizə orqanları hər üç nömrənin sahiblərinin tapmaqdan açıq-aydın yayındılar. Mayın 22-də Azər Ayxan yenidən prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edib. Baş redaktorun birinci müavini həm prezidentdən, həm də daxili işlər nazirindən günahkarların tapılaraq məsuliyyətə cəlb olunması üçün müvafiq qurumlara və şəxslərə yenidən göstəriş vermələrini xahiş edib. Ramil Usubova müraciətində Azər Ayxan günahkarlar məsuliyyətə cəlb olunan müddətdə təhlükəsizliyinin təmin olunması məqsədilə ona polis mühafizəsinin ayrılmasını da istəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA