Ajda Pekkan Qafqaz universitetiniı ziyarət etdi

img

03-07-2013 [03:34]


Türkiyənin tanınmış müğənnisi Ajda Pekkan Bakıda səfərdədir. Türkiyənin tanınmış müğənnisi Ajda Pekkan Bakıda səfərdədir. O, bu səfəri çərçivəsində dünən Qafqaz Universitetini ziyarət edib. Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonağa rəhbərlik etdiyi tədris ocağı barədə ətraflı məluma verib. Bildirib ki, Qafqaz Universiteti indiyədək Azərbaycanda ən reytinqli ali təhsil ocaqlarından biridir. Azərbaycana ilk dəfə gəldiyin vurğulayan Ajda Pekkan bu səfərinin Qafqaz Universitetindən başlanmasının heç də təsadüf olmadığını söyləyib. O bildirib ki, XI Beynəlxalq Türk dili Olimpiadasında münsiflər heyətinin tərkibində olarkən bu tədbirdən çox böyük təəssüratlar alıb. Dediyinə görə, o elə o vaxtdan türk dünyasına xoş anlar yaşadan məktəblilərin təhsil aldıqları məktəbləri ziyarət etmək fikrinə düşüb. Bu çərçivədə ilk səfəri məhz Azərbaycan və buradakı türk məktəbləri olub. O, həmin məktəblərdə təhsil alan gənclərin çox şanslı olduğunu vurğulayıb. Bakı ilə ilk təəssüratlarından söz açan Ajda xanım bu qədim diyarda olmasından məmnun olduğunu bildirib. Qeyd edək ki, universitetin akt zalında Ajda xanımın şərəfinə təşkil olunmuş tədbir böyük coşqu ilə qarşılanıb. Tədbirdə ?Qafqaz?ın tələbəsi Orxan Şükürov pop starın repertuarından mahnı ifa edib. Onun ifası Ajda xanıma xoş təsir bağışlayıb. Ajda xanım bu ifaya qatılıb və onunla birgə oxuyub. Tədbirin sonunda Qafqaz Universitetinin rektoru plaketlər təqdim edib. Qeyd edək ki, görüşdə millət vəkili Qənirə Paşayeva da iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA