Hüseyn Abdullayev "interpol"u məhkəməyə verir

img

03-07-2013 [02:16]


?İnterpol sorğumuza cavab verməsə, onu da məhkəməyə verəcəyik?. Bu barədə Modern.az-a sabiq deputat Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov məlumat verib. ?İnterpol belə bir axtarış elan edibsə, deməli, həqiqətən də Hüseyn Abdullayev barəsində cinayət işi açılıb. Ona görə də İnterpola da sorğu göndərmişik ki, bu axtarışı hansı sənədlər əsasında elan edib və əsas nədir. Çünki onlarda bu barədə hansısa məhkəmənin qərarı olmalıdır. Məhkəmənin qərarı olmadan onlar axtarış verə bilməzlər. Hətta əvvəlcə daxili axtarış edilmədən birbaşa beynəlxalq axtarışa verilib. Sorğumuza cavab gəlməzsə, İnterpolu da hərəkətsizliyə görə, məhkəməyə verməli olacağıq?. Sabiq millət vəkilinin mülklərinin heç birində də axtarış aparılmadığını deyən vəkilin sözlərinə görə, barəsində cinayət işi açılan Hüseyn Abdullayev uzun müddətdir ki, öz adında olan əmlakını valideynlərinin adına keçirib. Artıq bir neçə gündür ki, İnterpol vasitəsilə axtarışa verilən Hüseyn Abdullayevlə bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsinə müraciət göndərilsə də, müraciətə heç bir cavab verilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA