Milli Şura: Namazov ibrahimbəyovun namizəd olmasını istədi, liderlər "hə" dedi - yenilənib

img

02-07-2013 [12:05]


Milli Şurasının (DQMŞ) 2-ci sessiyası öz işinə başlayıb. Sessiyanı AXCP sədri ƏLi Kərimli açıb. O deyib ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov müəyyən səbəblərdən bugünkü sessiyada iştirak edə bilmir və onlar sədri əvəz edirlər. Qeyd edək ki, Milli Şura üzvlərinin müzakirəsinə təqdim olunacaq gündəlik layihəsinə aşağdakı məsələlər daxil edilib: 1. İşçi qrupunun keçid dövrü və DQMŞ-in vahid namizədinin öhdəlikləri haqqında hazırladığı memorandumun qəbulu 2. DQMŞ-in prezidentliyə vahid namizədinin irəli sürülməsi 3. Azərbaycan Respublikasının Milli Məclisinə, Baş Prokurorluğuna və Mərkəzi Seçki Komissiyasına müraciət 4. DQMŞ-in prezidentliyə vahid namizədin seçki qərargahının formalaşdırılması üçün tövsiyə qərarı 5. Cari məsələlər Sonra Mustafa Hacıbəyli təklif edib ki, Milli Şurada mitinqlərin təşkili üçün komissiya yaradılsın. İqtisadçı Qubad İbadoğlu deyib ki, Bakı Avropada rəsmi statusu olmayan yeganə şəhərdir. Onun sözlərinə görə, paytaxtda mer seçkiləri keçirilməlidir. Daha sonra Hacıbaba Əzimov çıxış edib. O, Milli Şuranın memorandumunun yenidən müzakirəyə çıxarmağa cəhd edib. Lakin bu təşəbbüs Şura üzvlərinin narazılığı ilə qarşılanıb. Daha sonra vahid namizədlə bağlı müzakirələr başlayıb. Eldar Namazov vahid namizədliyə Milli Şura sədri Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb. İclas davam edir... Vətəndaş Həmrəyliyi və Açıq Cəmiyyət partiyaları da Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyiblər. Eyni zamanda, Əvəz Temirxan da Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyib. Onun sözlərinə görə, bu, tarixi məqamdır. Əvəz Temirxan xatırladıb ki, Rüstəm İbrahimbəyov ?Oskar? mükafatı laureatıdır, yüksək intellektli insandır və bu keyfiyyətlər onun ən uğurlu namizəd olduğunu göstərir. AXCP sədri Ə.Kərimli çıxış edənlərə irad bildirərək dedi ki, zalda əyləşən partiya rəhbərlərinə tənəli sözlər ünvanlamaq yersizdir: ?Burada kinayəli danışmaq lazım deyil. Əgər biz bu gün bura vahid namizədi müəyənləşdirməyə gəlmişiksə, deməli, bunu biz istəmişik. Bizim üçün demokratiya partiya maraqlarından üstündür?. AXCP sədri bəyan etdi ki, rəhbərlik etdiyi partiya son illərdə sərgilədiyi mövqeyə, üzərinə götürdüyü öhdəliklərə görə Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləyir. İsa Qəmbər Rüstəm İbrahimbəyovun namizədliyini təsdiqləyib. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyov bu ayın sonunadək ölkəyə qayıdacaq. İsa Qəmbər əminliyini ifadə edib ki, Milli Şuranın namizədi ölkəyə 100 min nəfərlik mitinqədək qayıdacaq. "El" hərəkatının sədr müavini Köçəri Nağıbəyli çıxış edərək bildirib ki, sabiq səhiyyə naziri, hazırda məhbəsdə olan Əli İnsanov Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizəd olması ideyasını dəstəkləyir. İsgəndər Həmidov və Mirmahmud Mirəlioğlu da Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA