Hüseyn Abdullayev Vergilər Nazirliyini məhkəməyə verəcək

img

02-07-2013 [12:57]


Barəsində beynəlxalq axtarış elan olunan Hüseyn Abdullayevlə bağlı Vergilər Nazirliyinə göndərilən müraciətə hələ cavab alınmayıb. Bu barədə məlumatı AzNews.az-a H.Abdullayevin vəkili Kamandar Nəsibov verib. Vəkilin sözlərinə görə, nazirliyə ilk müraciət iyunun 28-də göndərilib: ?Bu gün növbəti dəfə müraciət edəcəyik. 2 gün ərzində cavab almadığımız təqdirdə Vergilər Nazirliyini müdafiə hüquqlarının pozulması ilə bağlı məhkəməyə verəcəyik. Çünki nazirlik vergi cinayəti ilə bağlı bizim sorğumuza cavab verməlidir. Müdafiə tərəfi olaraq işin istintaqını kimin aparması barədə, Hüseyn Abdullayevin hansı vergi cinayətində ittiham olunması barədə sorğumuz cavablandırılmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA