Kəmaləddin Heydərov 5 rayondan zikayətçiləri qəbul edəcək

img

01-07-2013 [03:04]


Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyulun 8-də Xaçmaz şəhərində qəbul keçirəcək. Qəbul saat 11:00-dan nazirliyin Xaçmaz Regional Mərkəzinin inzibati binasında başlayacaq. Qəbulda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Qəbula gələnlərin qeydiyyatı iyulun 5-də saat 14.00-dan etibarən FHN-in Xaçmaz Regional Mərkəzinin inzibati binasında (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 66 a) başlayacaq. Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacağı bildirilir(apa).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA