Türmə rəisi islamçı partiya sədrinin aclıq aksiyasını niyə gizlədir?

img

01-07-2013 [02:29]


11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovla İsrailin Azərbaycandakı səfirliyini parlatmaqda ittiham olunan Cəlilabad rayon olan Əfqan adlı dindarın ölüm aclığına başlaması haqda mia.az-ın yaydığı xəbər geniş rezionas doğurub. Maraqlıdır ki, bu xəbər ən ciddi mənbələr tərəfindən qeyri-rəsmi təsdiqlənsə də, İslam Partiyasının bəzi məsul şəxsləri xəbəri yalanlamağa çalışıblar. Musavat.com-a danışan AİP sədrinin vəkili Anar Qasımlı bildirib ki, onda M.Səmədovun aclıq etməsi ilə bağlı məlumat yoxdur: ?Mən Nabranda seminardayam. Ancaq mənə bu günə qədər belə bir məlumat daxil olmayıb. Cəzaçəkmə müəssisəsinə gedib Mövsüm Səmədovla görüşdükdən sonra sizə ətraflı məlumat verəcəm?. Mövsüm Səmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Natiq Kərimov aclıq aksiyası ilə bağlı məlumatsız olduğunu, eyni zamanda dindar müsəlman kimi onun ölüm aclığı etməsinə inanmadığını bildirdi: ?Açığı bu haqda bizdə məlumat yoxdur. Amma inanmıram ki, Hacı Mövsüm ölüm aclığı edə. İslamda ölüm aclığı anlayışı qəbul olunmur. Özünə qəsd haramdır?. Bir qədər sonra İslam Partiyası rəhbərliyi ilə dəqiqləşdirmə aparan Natiq Kərimov AİP rəhbərliyinin iyunun 28-də M.Səmədovu ziyarət etdiyini, ancaq aclıq xəbərinin təsdiqlənmədiyini bildirdi: ?Mən İslam Partiyası sədrinin müavini Hacı Akiflə danışdım. Mənə bildirdilər ki, onlar da belə bir xəbər alıblar və buna görə həbsxanaya gediblər. Hacı Mövsümlə bir qədər əvvəl ailə üzvləri görüşdüyü üçün onunla görüş verilməyib. Həkim və həbsxana rəisi isə birmənalı olaraq bildiriblər ki, Hacı Mövsüm aclıq etməyib. Hazırda səhhəti tam qaydasındadır?. Ancaq mia.az-ın əldə etdiyi məlumata görə, Mövsüm Səmədovla Əfqan adlı dindarın aclıq aksiyası və karsa salınmaları dəqiq hadisədir. Sadəcə həbsxana rəhbərliyi bunu ictimaiyyətdən və partiya sədrinin yaxınlarından gizlədirlər: ?Tam əmin olarsınız ki, bu məlumat dəqiqdir. Görünür, həbsxana rəhbərliyi adlarının mətbuatda daha çox hallanmaması üçün əsassız şəkildə faktı yalanlamağa məcbur olurlar. Türmədə Mövsüm Səmədova qarşı elə bir mövqe sərgilənir ki, o, adi su qəbulundan belə imtina edib. İslamda bu haram sayılsa da, real durum budur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA