Meriya Abzeronun ərazisi üzrə necə sərəncam verib?Abutalıbov qarzıdurma yaradıb

img

01-07-2013 [01:33]


Təxminən 5 il əvvəl Abşeron rayonunun Xırdalan qəsəbəsinə şəhər statusu verilərkən prezident İlham Əliyevin sərəncamı ilə yeni şəhərə Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin bir hissəsinin ərazisinin verilməsinin, deyəsən, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi üçün əhəmiyyəti olmayıb. Belə ki, prezident sərəncamına rəğmən, Hacıbala Abutalıbovun rəhbərlik etdiyi şəhər icra hakimiyyəti Abşeronun rayonunun Xırdalan şəhərinin inzibati ərazisi üzrə sərəncam verib. Bu isə Bakı meriyası ilə Xırdalan şəhər bələdiyyəsi arasında məhkəmə qalmaqalı yaradıb. Bu barədə mia.az-a daxil olan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin Xırdalan bələdiyyəsinin hüdudlarına daxil edilən torpaq sahəsi üzrə sərəncam verməsi qarşı tərəfdə ciddi narazılıq doğurub: ?Buna görə də Abşeron rayonu Xırdalan şəhər Bələdiyyəsi Bakı şəhər İcra Hakimiyyəti və İcra Hakimiyyətinin Başçısı tərəfindən verilən sərəncamla torpaq sahəsi üzrə mülkiyyət hüququ əldə etmiş şəxsi məhkəməyə verib. Bələdiyyə məhkəmədən prezident sərəncamı ilə mülkiyyətlərinə verilmiş və sonradan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin sahənin başqasına ayrılması barədə qərarın ləğv edilməsini, torpaq sahəsinin boşaldılmasını və bələdiyyə mülkiyyətinə qaytarılmasını tələb edir. İşə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəmədə baxılıb. Lakin mübahisə bu məhkəmə instansiyasının verdiyi qətnamə ilə öz həllini tapmayıb. Ona görə də yuxarı məhkəmə instansiyasına şikayət verilib?. Məlumata görə, Xırdalan Bələdiyyəsi ilə Bakı şəhər İcra Hakimiyyəti arasındakı məhkəmə çəkişməsinə Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyi ilə də baxılıb: ?Hakim Cahangir Yusifov meriya ilə bələldiyyə araındaık çəkişməyə baxıb. O, birinci məhkəmə instansiyasının qətnaməsində qismən dəyişiklik edib. Lakin bələdiyyənin əsas tələbləri təmin edilməyib?. Məlumatda bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə şikayət hazırlanıb: ?Yəqin ki, yaxın həftələrdə Ali Məhkəmə mübahisə ilə bağlı son qərarı elan edəcək?. Məsələ ilə bağlı nə Bakı Şəhər İcra Hakimiyyətindən, nə də Xırdalan bələdiyyəsindən münasibət öyrənmək mümkün olmayıb. Tərəfləri də dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA