01-07-2013 [01:17]
Iş adamı Rauf Hüseynov tərəfindən ATV-nin sabiq rəhbəri, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Tağı İbrahimovla bağlı şok faktlar açıqlanıb.
Mia.az Rauf Hüseynovun Veteninfo.az-a verdiyi müsahibəni olduğu kimi təqdim edir:
[b]- Rauf müəllim, açıqladığınız faktlardan sonra Tağı İbrahimovla aranızda baş verənlərdə yenilik varmı?[/b]
- Heç bir yenilik yoxdu. Sadəcə olaraq başıma gələnlərlə bağlı respublikanın hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Yəqin ki, müəyyən bir nəticəyə gəlinəcək və mənim qarşılaşdığım bu ədalətsizliyə son qoyulacaq.
[b]- Tağı İbrahimovla aranızda olan narazılıq nədən ibarətdi?[/b]
- 2000-ci ildə Tağı İbrahimovla birgə yüksək mərtəbəli yaşayış binasının inşasına başladıq. Bu inşaatın həyata keçirilməsi üçün Tağı İbrahimov heç bir vəsait ödəməyib. Həmin bina əvvəldən sona kimi mənim vəsaitim hesabına başa çatıb. Birinci binanın inşası bitəndən sonra ikinci binanın inşasına star verdik. Bir məsələni də diqqətinizə çatdırım ki, Tağı İbrahimovun yalnız sənədləşmə işində rolu olub.
[b]- Dediniz ki, ikinci binanın inşaat işlərinə start verdiniz. Bu binanın da tikintisi sizin vəsaitiniz hesabına başa gəlib?[/b]
- İlk olaraq qeyd edim ki, ikinci inşaat işinə başlamazdan öncə ərazidə yerləşən evlər vətəndaşlardan müəyyən vəsaitin ödənilməsi hesabına alınıb. Həmin vətəndaşların evlərinin alınmasına sərf edilən vəsait və binanın inşası birbaşa mənim vəsaitim hesabına həyata keçirilib. Bu prosesə 2 milyon 400 min manat vəsait xərcləmişəm. Artıq geriyə yol yox idi. Tağı İbrahimova deyəndə ki, səndə müəyyən qədər vəsait qoy, deyirdi özün birtəhər elə, sonda hesablaşarıq.
[b]- Birinci binanın inşasına təqribi nə qədər vəsait xərclənmişdi?[/b]
- Təqribən 1 milyon 400 yüz min manat.
[b]- Həmin binada yerləşən mənzillərin hamısı satıldımı?[/b]
- Bəli, birinci binada mövcud olan bütün mənzillər satılıb.
[b]- Belə görünür ki, birinci binanın inşası başlayandan və mənzillərin satılmasına qədər sizinlə Tağı İbrahimov arasında hər hansı bir narazılıq baş verməyib?[/b]
- Xeyr, heç bir narazılıq baş verməyib. İşə yatırdığım vəsait kənara qoyulmaqla, əldə olunan gəlir tərəflər arasında bölünüb.
[b]- Maraqlıdı, Tağı İbrahimov inşaat işinə hər hansı bir vəsait qoymadan, necə əldə olunan gəlirdən pay götürüb?[/b]
- Deyirdi, mən ?krışa?lıq edirəm, sənədləşməni mən aparıram, vergi və digər ödənişləri aparıram. Amma sonradan gördük ki, bu ödənişlər aparılmayıb vaxtında. Aparılıbsa da, sonradan aparılıb. Amma məndən vergi və digər ödənişlərin pulunu alıb.
Bilirsiniz, bir müsahibəni verməklə mən hər hansı bir siyasi məqsəd güdmürəm. Müsahibəmi oxuyanlardan da xahişim budur ki, buna hansısa siyasi don geydirməsinlər. Mənim dövlətimizə və dövlətçiliyimizə, ölkəmizin gənc prezidenti İlham Əliyevə böyük hörmətim var. Onun həyata keçirdiyi siyasi kursu da dəstəkləyirəm. 57 yaşım var. Bu günə kimi mənə sataşan, məni incidən insana rast gəlməmişəm. Yaşadığım illər ərzində kimlərdənsə şikayətçi belə olmamışam, heç kəsin malında, dövlətində gözüm olmayıb. Mövcud iqtidarı da dəstəkləyirəm. Ona görə ki, Heydər Əliyevin ilk hakimiyyətə gəldiyi illərdə gözəl yaşamışam. Heydər Əliyevin Moskvaya gedişi və Azərbaycanda Heydər Əliyevsiz dönəmdə müəyyən bir boşluq yaşandı. Bunun insanların həyat tərzinə təsiri məndən də yan ötməyib. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra sahibkarlara yaradılan müsbət imkanlardan yararlanaraq, yenə də öz əlimin zəhməti ilə işə başlayıb zəngin həyat tərzimə qayıtdım. Mən bilirəm ki, cənab prezident İlham Əliyevin Tağı İbrahimovun bu əməllərindən xəbəri yoxdu. Amma yenə də istəyirəm bilsin ki, iqtidarla dost olan hər bir insana Tağı İbrahimov pislik edir. Mən öz vicdanıma and içirəm ki, bu günki gündə mənim bütün əmlakıma və sərmayələrimə Tağı İbrahimov tərəfindən əl qoyulub. Tağı İbrahimov yalan müqavilələri və sonradan yazılan aktları ?tətik? kimi istifadə edərək silahlanıb. 85 millət vəkilinə, hüquq-mühafizə orqanlarına və Prezident Administrasiyasına yazılı surətdə müraciət etmişəm. Bu məsələdə geri çəkilən deyiləm.
[b]- Rauf müəllim, niyə hüquqlarınızın qorunması üçün məhkəməyə müraciət etmirsiniz?[/b]
- Bilirsiniz, 2000-ci ildə bu inşaat işinə başlayanda Tağı İbrahimovla aramızda hansısa müqavilə olmayıb. Milli mentalitetdən irəli gələn ?kişi sözü?nü əsas götürdük və işə başladıq. İlk binanın inşaatında hansısa narazılığımız olmayıb. Nə baş verdisə, ikinci binanın tikintisindən sonra baş verdi. Bu gün həmin binada ev alan insanlar tərəfindən təzyiqlər içərisindəyəm. Çünki onlar mənzillərini tələb edirlər. Tağı İbrahimov isə saxta müqavilələrlə o insanların mənzilini vermək istəmir. Bu adamlar da məni tanıyırlar, mənim üstümə gəlirlər. Mən bu məsələni Tağı İbrahimova deyəndə, deyirdi birtəhər yola ver, özündə döz. Çünki mən indi kiməsə pul verə bilmərəm. Sonradan, mənim vəsaitim tam bitəndən sonra, məni aldadaraq dedi ki, sən çəkil dur kənarda, onsuz da biz şərikik, sonda hesablaşarıq. Hal-hazırda Tağı İbrahimov tərəfindən vəsait ödənilmədiyinə görə Nərimanov rayonu ərazisində ?Gənclik Meydanı?nın yaxınlığında şəxsi villam girov qoyulub. Tağı İbrahimov vəsaiti vermədiyindən, villanı girov qoyduğum tərəflə aramda münaqişə yaranıb. Mənim villamda bahalı Rumıniya istehsalı olan mebellər həmin villanın yerləşdiyi kücənin qarşısında çadırın altında yağışın, qarın altında tam yararsız hala düşdü. Dəfələrlə Tağı İbrahimova dedim ki, vəsaiti ödə, əmlakımı girovdan çıxardım. Ancaq o, sonradan vəsaiti ödəyərək villanı girovdan çıxardıb mənim deyil, kürəkəni Ramilin adına yazdırdı və dedi ki, sonra hesablaşarıq. İnanın, indi müsahibəni verəndə belə əsəbləşirəm. Ona və onun qardaşlarına deyirəm ?adam kişi olar?. Kişinin çörək kəsdiyi adamın əmlakında gözü olmaz. Allah onsuz da edir. Satdığım mənzillərin sahibləri mənim üstümə düşdüklərinə görə mən respublikadan 8 ay uzaqlaşdım. Dedim, bəlkə Allaha, imana gələr. Bu gün yenə də dövlətçiliyimizə güvənərək mən öz vətənimdə yaşayıram. Amma Tağı İbrahimovun özünə və oğluna bu respublikada yer yoxdu. O artıq başqa bir respublikada özünə yer axtarır. Mən onları Allaha tapşırmışam.