ismət Abbasovun nazirliyinə qarzı 1320 baz donuzla baglı qaldırılan iddia ? Məhkəmə

img

30-06-2013 [05:12]


Bakının Hövsan qəsəbəsi, Çöllük küçəsi 45 ünvanında yaşayan Rzayev Rəşid Əbil oğlu İsmət Abbasovun rəhbəri olduğu Kənd Təsərrfatı Nazirliyi ilə yanaşı, ?Bakıelektrikşşəbəkə?yə qarşı şok məbləğdə - 500 min manat təzminatdan bəhs edən iddiası rədd olunub. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, sözügedən şəxs bir neçə il əvvəl başına gətirilən qanunsuzluqlardan şikayətlənir və iddia edir ki, adıçəkilən qurumların günahı səbəbindən sahibi olduğu təsərrüfat böyük məbləğdə zərərlə üzləşib: ?Rəşid Əbilov iddia edir ki, ?Bakıelektrikşəbəkə?, onun Suraxanı rayon şəbəkəsi, Dövlət Baytarlıq Xidməti, Kənd Təsərrüfatı Nazirliyi onun bu gün üzləşdiyi böyük məbləğli zərərdə əsas günahkardırlar. Hövsan qəsəbəsində donuzçuluq təsərrüfatı ilə məşğul olan Rəşid Rzayev Suraxanı Rayon İşıq İdarəsinin heç bir səbəb göstərmədən onun donuzları saxladığı fermanın işıqlarını kəsdiyini və bunun nəticəsində də yüzlərlə, daha dəqiqi, 1320 baş donuzunun məhv olduğunu, amma şikayətçi olduqları qurumların vaxtında onun şikayətlərinə məhəl qoymaması səbəbindən bu problemlə üzləşdiyini də iddia ərizəsinə əlavə edib. Həmçinin, şikayətçi iddia edir ki, Suraxanı rayon Enerji Təchizati və Satışı İdarəsinin işçiləri ondan 1000 manat pul istəmiş, lakin bunu vermədiyindən 1320 baş donuzu bilərəkdən tələf edilib. Bu məsələ ilə bağlı Suraxanı rayon Məhkəməsində məhkəmə prosesi də olub. Lakin nəticəsiz qalıb. Sonradan isə kiçik sahibkar ?Bakıelektrikşəbəkə?nin Nərimanov rayon ərazisində yerləşdiyini nəzərə alaraq, bu rayon məhkəməsində "Bakıelektrikşəbəkə" ASC və Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia qaldırıb. Lakin sözügedən məhkəmə onun tələblərini təmin etməyib. Ona görə də, o, qətnamədən şikayət verib?. Məlumata görə, sahibkarın şikayəti artıq Bakı Apelyasiya Məhkəməsində araşdırılıb: ?Hakim Tofiq Səmədovun iddiaçının ?Bakıelektrikşəbəkə? ASC ilə Kənd Təsərrüfatı Nazirliyinin 1320 baş donuzlarının ölməsinə görə həm məsuliyyətə cəlb olunmasını, həm də dəymiş ziyana görə 500 min manat həmin qurumların hesabından ona ödənilməsindən bəhs edən şikayəti üzrə qərarını verib. Hakim birinci məhkəmə instansiyasının qərardadını qüvvədə saxlamaqla, şikayətçinin tələbini əsassız sayıb?. Məlumatda deyilir ki, şikayətçi bu qərardan Ali Məhkəməyə şikayət verməyə hazırlaşır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA