Tanınmız sahibkar ?Dəmirbank?la məhkəmə çəkizməsinə aydınlıq gətirdi - qarzı tərəf

img

30-06-2013 [04:47]


Azərbaycanın tanınmış şirkətlərindən sayılan ?NJT-2000? firmasının ?Dəmirbank?la təxminən 350 minlik məhkəmə çəkişməsinə aydınlıq gətirilib. Bu barədə mia.az-a telefon açan ?NJT? firmasının rəhbəri Təyyar Şükürovun qardaşı Teyyub Şükürov sözügedən məhkəmə prosesi ilə bağlı yayımlanan xəbərdən narahatlığını ifadə edib: ?Qardaşımın rəhbərlik etdiyi ?NJT? firması ölkədə tanınmış şirkətlərdən biri olmaqla, bir sıra dövlət layihələrinin icraçısıdır. Əlbəttə, belə bir şirkətin banklarla əməkdaşlıq etməsi, onlardan kreditlər götürməsi təbii haldır. ?Dəmirbank?dan mənim adıma olan əmlak ipoteka edilməklə kredit alınması doğrudur. Ancaq burada hər hansı bir qaranlıq məqamlar axtarmaq və ya bununla bağlı keçirilən məhkəmələrə ?siyasi don? geyindirmək düzgün deyil. Sadəcə müəyyən məbləğdə faiz borclarına görə belə bir problem ortaya çıxmışdı. Artıq bununla bağlı məsələlər də yoluna qoyulub?. Teyyub Şükürov deyib ki, bankla aralarında çox kiçik problem qalıb. Bu isə tezliklə həll olunacaq: ?Bank məhkəmə qərarı ilə hesabımıza sanksiya qoydurub, yığılan pulların ödənilməsini istəyirdi. Artıq həmin borc demək olar ki, qapadılıb. Çox kiçik hissə qalıb. O da qarşıdakı həftə ərzində həll olunacaq?. Müsahibimiz qardaşı Təyyar Şükürovun sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə adının birgə hallandırılmasına da etirazını bildirib: ?Qardaşımı, ümumiyyətlə, bizi tanıyanların hamısı çox yaxşı bilir ki, heç vaxt siyasətlə məşğul olmamışıq. 2005-ci ildə sadə bir anlaşılmazlıq səbəbindən qardaşım iki ay müddətinə saxlanılıb. Və bu müddət ərzində istintaq qardaşım Təyyar Şükürovun tamamilə təqsirsiz olduğunu sübut edib. İndi illər əvvəl baş verən bu hadisəyə xüsusi rəng qataraq, qardaşımı kiminsə keçmiş şəriki kimi təqdim etmək, tamamilə yanlışdır. Bu, heç vaxt olmayıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA