Yadigar Sadıqov 2 aylıq həbs edildi

img

29-06-2013 [03:46]


Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun məhkəməsi başa çatıb. Lənkəran rayon məhkəməsində keçirilən prosesdə xuliqanlıqda ittiham edilən Y.Sadıqova barədə iki ay 2 aylıq həbs qətimkan tədbiri seçib. Qeyd edək ki, Yadigar Sadıqov iyunun 27-də Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında şübhəli şəxs kimi həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA