Firuz Mustafa: ?Qurultayın gecikdirilməsinin səbəbi mənə tam aydın deyil?

img

29-06-2013 [02:22]


Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı geciksə də, payızda keçirilməsi nəzərdə tutulur. Hazırda qurultaya hazırlıq işləri davam edir. Qurultayın gecikməsi ilə bağlı mia.az-a açıqlama verən AYB-nin sektor müdiri, yazıçı-dramaturq Firuz Mustafa deyib ki, nizamnaməyə əsasən 5 ildən bir keçirilməsi lazım olan qurultayın sonuncusu 2004-cü ildə keçirilib və hazırda qurultayı gecikmiş saymaq olar: ?AYB qurulatıyının 4 ildir gecikməsinin səbəbi isə hamıya olduğu kimi, mənə də tam aydın deyil. Amma hər kəs kimi mən də müəyyən şəxsi təxminlərimi açıqlaya bilərəm. Birinci təxminim budur ki, sədr və ya qurultay nümayəndələri bunun indi keçirilməsini istəmirlər. Digər səbəb isə maliyyə problemlərinin olması ilə bağlı ola bilər". Firuz Mustafa onu da bildirib ki, bu gecikdirilmədən daha çox ertələnmə sayılır. Onun sözlərə görə, qanunda bu mövzuda hər hansısa bir maneə də yoxdur. Qurultayın daha nə qədər vaxta qədər gecikdiriləcəyi sualına gəldikdə isə yazıçı bunun sentyabr ayına planlaşdırıldığını bildirdi. O, qurultayın indi deyil, payızda keçirilməsini yay aylarında bir çox yazıçının şəhər kənarında olması ilə əsaslandırdı. Aqşin

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA