Polis rəisi jurnalistin hücum edilən atasına məktub yazdı

img

29-06-2013 [01:55]


Zərdab rayon Polis Şöbəsi AzNews.az xəbər portalının əməkdaşı Bahar Rüstəmlinin ailəsinə hücum faktını araşdırmır. Bu barədə məlumatı B. Rüstəmlinin atası verib. Onun sözlərinə görə, Zərdab rayon Polis Şöbəsinin rəisi baş vermiş basqın hadisəsi ilə bağlı heç bir araşdırma aparmayıb: ?Evimizə basqınla bağlı bir nəfər belə polis şöbəsində dindirilməyib. Polis 30 nəfərin iştirak etdiyi basqının, ölümlə təhdid edilən ailənin şikayətinə baxmayıb. Mənə Zərdab rayon Polis Şöbəsindən bir məktub gəldi. Məktubda Zərdab Rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov yazır: ?Sizin Zərdab rayonu Alıcanlı kənd sakinləri tərəfindən təhqirə məruz qaldığınızla bağlı Zərdab rayon Polis Şöbəsinə yazmış olduğunuz müraciətinizin müsbət həll olunması üçün məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir?. Bu nə deməkdir? 30 nəfərlik basqına polis göz yumur, bunu cinayət hesab etmir. Bu məktub onu sübut edir ki, Zərdab rayon Polis Şöbəsinin rəisi qanunlara deyil, icra hakimiyyətinin başçısı Lütfəli Babayevin göstərişinə əməl edir. Mən ailə başçısı kimi Daxili İşlər Nazirliyindən işin araşdırılmasını xahiş edirəm?. Xatırladaq ki, iyunun 14-də Zərdab rayonunun bir qrup sakini əməkdaşımız Bahar Rüstəmlinin rayonun Alibəyli kəndində yaşayan ailəsinin yaşadığı evə hücum edib. Hücum edən şəxslər arasında rayonun Alıcanlı kəndinin sakinləri ilə yanaşı yerli məmurlar, bələdiyyə sədrləri, kənd icra nümayəndələri, məktəb direktoru, müəllimlər olub. Basqınçılar əməkdaşımızın ailəsinin yaşadığı evin qapısına qırmağa cəhd edib, atasının üstünə bıçaq çəkib, ailəni təhqir edib, ev sahibini ölümlə hədələyiblər. Basqınçı qrupa rəhbərlik edən şəxs əməkdaşımızın atasına onu tapança ilə öldürəcəyini, digərləri isə onun başını kəsəcəklərini bildiriblər. Buna səbəb AzNews.az saytında B. Rüstəmlinin yazdığı ?15 yaşlı qız Zərdabdan sürgün edilir? başlıqlı xəbər olub(AzNews.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA