Ramil Usubov yeni əmr imzaladı

img

28-06-2013 [06:30]


Bakıda iki polis bölməsinin rəisi yeni təyinat alıb. Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakının Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi İsfəndiyar Mehbalıyev tutduğu vəzifədən azad edilərək Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsin rəis təyin olunub. 3-cü Polis Bölməsinin rəisi Zaur Məmmədov isə 34-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb. Qeyd edək ki, İ. Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin oğludur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA