Azərbaycan Ordusu xüsusi rejimə keçdi

img

28-06-2013 [01:07]


Azərbaycanda yay fəslində havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinindən bildirilib ki, artıq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bununla bağlı müvafiq əmr imzalayıb. Nazirin əmrinə əsasən, isti yay günlərində şəxsi hərbi hissələrdə şəxsi heyət saat 11:00-dan 17:00-dək günün altında olmur, əsasən kölgəliklərdə və kazarma şəraitində saxlanılır, xidməti işlərə cəlb olunmur. Artıq bununla bağlı hərbi hissələrə müvafiq telefonoqramlar da göndərilib. Məqsəd əsgər və zabitləri istidən və onun doğurduğu fəsadlardan, xüsusən də günvurmadan qorumaqdır. Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, növbəti ay Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA