Prezident 70 yazlı komitə sədrinə orden verdi

img

28-06-2013 [12:55]


Prezident İlham Əliyev Statistika Komitəsinin sədri Arif Vəliyevin ?Şöhrət? ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Mia.az xəbər verir ki, bu orden onun Azərbaycan Respublikasında statistika işinin təşkilində xidmətlərinə görə verilib. Mia.az-ın xəbərinə görə, iyunun 28-də A.Vəliyevin 70 yaşı tamam olur. O, 1943-cü il iyun ayının 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Xalq təsərrüfatı İnstitutunu bitirmişdir. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1976-cı ildən 1979-cu ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini, 1979-1990-cı illərdə sədrin birinci müavini vəzifəsində işləmişdir. 1990-cı ildən 1992-ci ilədək Dövlət İqtisadiyyat və planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında böyük məsləhətçi vəzifəsində işləmişdir. 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədridir. Evlidir, iki oğlu var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA