Milli Şuradan iqtidara çağırız: ?Hakimiyyətlə dialoqa hazırıq?

img

27-06-2013 [12:39]


?Demokratik düşərgə, o cümlədən Milli Şura hakimiyyətlə həmişə dialoqa hazırdır?. Bunu Modern.az-a açıqlamasında ?El? Hərəkatının Ali Məclisinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev iqtidarla yeni yaranmış birlik arasında dialoqun perspektivini şərh edərkən deyib. O qeyd edib ki, danışıqlar yüksək səviyyədə aparılmalıdır. ?Dialoq hakimiyyətin yüksək vəzifəli məmurları və prezidentin iştirakı ilə olmalıdır?-deyə o, vurğulayıb. Onun sözlərinə görə dialoq və müzakirələr boş, cəfəng bəyanatlar verən YAP funksionerləri səviyyəsində aparılmamalıdır. ?El? rəsmisi müzakirələrin mövzusuna da toxunub: ?Heç şübhəsiz ki, Qarabağ münaqişəsi prioritet olmalıdır. Eyni zamanda avtoritarizmdən demokratiyaya keçid, şəffaf və ədalətli seçkiləri keçirilməsi də müzakirə olunmalıdır?-deyə E.Quliyev bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA