ABB prezidentinin qalmaqallı zərikinin 2.4 milyonluq məhkəməsi ilə bağlı müəmmalı qərar

img

26-06-2013 [06:52]


Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Hacıyevin şəriki və ona bağlı olan ?Ceneral Konstrakşn? MMC ilə Mahir Qafarovun sahibi olduğu ?Qrin Hill? MMC-yə qarşı 2.378.961,12 manat məbləğində verilən şikayətlə bağlı yeni qərar çıxarıldı. Bu barədə mia.az-ın məhkəmədən əldə etdiyi xəbərdə bildirilir ki, adıçəkilən şirkətlərə qarşı iddia qaldıran ölkədə kifayət qədər imkanlara sahib olan ?Kapitol? firmasıdır. Firma 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə cavabdehlərdən təxminən 2,4 milyon manatın tutularaq hesabına ödənilməsini tələb edib. Lakin birinci instansiya məhkəməsinin çıxardığı qətnamə mübahisəyə son qoymayıb. Əksinə, apellyasiya şikayətinə zəmin yaradıb: ?Maraqlı burasıdır ki, Bakı Apellyasiya Məhkəməsi ?Kapitol? firması ilə ?Ceneral Konstrakşn? MMC və ?Qrin Hill? MMC arasındakı 2.378.961,12 manatlıq şikayətlə bağlı kifayət qədər müəmma yaradan qərar verdi?. Məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Valeh Ağayev iyunun 18-nə təyin etdiyi prosesi bir gün sonraya keçirib və qərarını elan edib: ?Həmin günü isə, o, ?Kapitol? firmasının cavabdeh şirkətlər olan ?Ceneral Konstrakşn? MMC ilə ?Qrin Hill? MMC-dən 2.378.961,12 manat pulun tutularaq hesabına ödənilməsindən bəhs edən şikayəti üzrə gözlənilməz qərar çıxardı. Hakim məhkəmə icraatını dayandıran qərar verdi?. Bu və ya digər məsələlərlə bağlı qarşı tərəflə danışmaq mümkün olmayıb. Tərəflərin münasibətini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA