Heyvan oğurlayan zəxs cadugar çıxdı

img

26-06-2013 [06:34]


Lənkəranda kənd camaatının mal-qarasını oğurlayan şəxs yaxalanıb. Məlumata görə, sakinlərin mal-qarasına qənim kəsilən, kənddə seyid, inanclı kimi tanınan bu şəxs sakinlər üçün canavarın ?ağız bağlama? duasını da yazıbmış. Lakin bu cadu polisə işləməyib. Lənkəran rayon polis şöbəsinin əməkdaşları maraqlı oğurluq hadisəsinin üstünü açmağa nail olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində Osaküçə kənd sakini 36 yaşlı Mirzəşah Kazım oğlu Kazımov saxlanılıb. Mirzəşah Kazımovun ətrafında aparılan araşdırma zamanı məlum olub ki, bu şəxs yaşadığı kənddə sakinlərə məxsus 7 baş iri buynuzlu mal-qaranı oğurlayıb. Maraqlısı isə Mirzəşah Kazımovun kənd sakinlərinə canavarın ?ağzını bağlamaq? üçün dua yazmasıdır. Lənkəran şəhər polis şöbəsinin istintaq bölməsinin rəisi Polad Mehdiyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumatda bildirilir ki, həmin şəxs vətəndaşlara umumi 3 min manat dəyərində ziyan vurub. Hüquq-mühafizə orqanlarının apardığı araşdırma nəticəsində oğurlanan mal-qaranın bir qismi Masallı bazarında aşkar edilərək sahiblərinə qaytarılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA