icra bazçısı ?zəhmətkez məktubu? təzkil etdirir; iH-də fövqəladə iclas olub

img

25-06-2013 [06:37]


Zərdab rayonunda jurnalistin ailə üzvlərinə və doğulduğu evə hücum çəkilməsi rayonun icra başçısı Lütvəli Babayevi çıxılmaz vəziyyətə salıb. Zərdabdan mia.az-a daxil olan məlumata görə, rayonda jurnalistin ailəsi ilə bağlı ölkə gündəminə ?damğa vuran? hadisənin ört-basdır edilməsi məqsədiylə icra başçısı rayon ictimaiyyətinin səfərbər edib: ?Hazırda kənd icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorlarına tapşırıq verilib ki, hər birləri ayrı-ayrılıqda rəhbərlik etdikləri kollektivin adından Prezident Administrasiyası və Mətbuat Şurasına jurnalist Bahar Rüstəmlidən şikayət xarakterli məktub və ya teleqram göndərməlidirlər"?. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb. Xatırladaq ki, iyunun 14-də Zərdab rayonunun bir qrup sakini Aznews.az-ın əməkdaşı Bahar Rüstəmlinin rayonun Alibəyli kəndində yaşayan ailəsinin yaşadığı evə hücum edib. Hücum edən şəxslər əsasən rayonun Alıcanlı kəndinin sakinləri olub. Onların sayının 30-dan çox olduğu bildirilir. Hücuma səbəb saytda yayımlanan ?Zərdabda biabırçı olay: 15 yaşlı qız sürgün edilir? başlıqlı yazı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA