"Şeron" qrupu "Quska"nı "top"a tutdu: "Hüseyn Abdullayevlə izbirliyimiz..."

img

25-06-2013 [06:12]


Bu gün "Şeron" qrupu keçmiş deputat, indisı bəstəkarlıq edən və son aylar "Susma" bəstəsi ilə gündəmə gələn Hüseyn Abdullayevə etiraz olaraq mətbuat konfransı keçirib. Qrup üzvləri "Susma" mahnınısına çəkilən rolikin ictimaiyyətdə səs-küyə səbəb olmasından danışıblar: "Biz bu mahnını Xocalı Soyqrımı üçün oxumuşuq. Başqa bir mahnıya da bu cür rolik qoyulsa idi, bu anlamı verəcəkdi. Bu mahnının bu cür rolik yığılmasına etiraz edirik. Biz bunu vətənpərvərlik ruhunda oxunuşuq. Həmin mahnıya Qarabağ müharibəsi ilə, Xocalı soyqrımı ilə bağlı rolik yerləşdirsəydi, əsl anlamı ifadə etmək olardı". Şeron qrupu onlara təzyiqlərlə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: ?Biz baş kəsməmişik, adam öldürməmişik. Niyə bizə təzyiq olmalıdır ki? Biz adi müğənniyik işimiz mahnı oxumaqdır.Dövlət işçilərinin işi-gücü yoxdur ki, bizimlə məşğul olsunlar?. ?Şeron? klipdəki görüntülərə də etiraz edib. Jurnalistlər isə müğənnilərə həmin video rolikdə ?Əsgər ölümünə son? aksiyasından da görüntülər olduğunu deyərək onlara ?Siz necə vətənpərvərsiz?? sualını ünvanlayıblar. Müğənnilər isə jurnalistlərə cavabında bu aksiyalardan xəbərsiz olduqlarını bildiriblər: ?Biz Hüseyn Abdullayevlə bu barədə söhbət etməmişik. H. Abdullayavlə isə növbəti iş birliyimiz olsa, mahnının əsl məqsədini öyrənib sonra oxuyacağıq?(qafqazinfo).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA