Müdafiə Nazirliyindən paradla bağlı açıqlama: "300 texnika və silah, 100-dən çox təyyarə..."

img

25-06-2013 [06:03]


Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Azadlıq Meydanında sabah keçiriləcək hərbi paradda 5000-dən çox şəxsi heyətin iştirakı nəzərdə tutulur. Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan açıqlamaya görə, son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunacaq. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Hərbi paradın hazır vəziyyətdə olması barədə raportu müdafiə naziri general-polkovnik Səfər Əbiyev verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA