Səfər Əbiyev ilham Əliyevə raport verdi

img

25-06-2013 [12:40]


İyunun 25-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib. Dövlət başçısı Heydər Əliyevin hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoyub. Sonra Prezident İlham Əliyev hospitalın baş planını əks etdirən stendə baxıb. Dövlətbaşçısı müalicə korpusunun rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış olub. Səhiyyə ocağı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti hospitalın kollektivi ilə görüşüb. Daha sonra dövlət başçısı səyyar cərrahiyyə hospitalı ilə tanış olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA