ilham Əliyev daha bez sərəncam verdi: Narkotik, miqrasiya və yeni təltiflər, yeni təyinat...

img

24-06-2013 [09:44]


Bu gün prezident İlham Əliyev daha üç sərəncam imzalayıb. Mia.az-ın xəbərinə görə, prezident İlham Əliyev narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqda sərəncam verib. Sərəncama əsasən, ?Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı? təsdiq edilib: "Bu Sərəncamla təsdiq edilən Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və onun icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndirilməsi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə edilsin. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına tapşırılsın ki, bu Sərəncamla təsdiq edilən Dövlət Proqramının icrası sahəsində görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin". Digər sərəncam isə miqrasiya ilə bağlı olub. ?Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə?nin təsdiq edilməsi barədə? Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında? Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmana əsasən, ?Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə?nin təsdiq edilməsi barədə? Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında? Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ? 12, maddə 994; 2010, ? 7, maddə 625; 2011, ? 4, maddə 294; 2012, ? 5, maddə 425; 2013, ? 3, maddə 253; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 may tarixli 894 nömrəli Fərmanı) 2.3-cü bəndindən ?92-ci,? sözləri çıxarılsın. Prezident İlham Əliyev son sərəncamı isə təltiflə bağlı olub. Mia.az xəbər verir ki, İ.Əliyev maşınqayırma sənayesi işçilərinin ?Tərəqqi? medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə aşağadakı şəxslər ?Tərəqqi? medalı ilə təltif ediliblər: Adnayev Adna Hüseyn oğlu Cəfərov Tahir Əliyeviç Əfəndiyev Yusif Aydın oğlu Əliyev Cahid Ələkbər oğlu Əliyev Vahid Abbas oğlu Hacıyev Rafiq İbrahim oğlu Hüseynov Ramiz Qəzənfər oğlu Kazımov Sahib Məhəmmədəli oğlu Qarayeva Mətanət Cümşüd qızı Quliyev Sulduz İsmayıl oğlu Məmmədov Etibar Xamoy oğlu Məmmədov Mətlub Sayadxan oğlu Mirzəliyev Eyyub Sayad oğlu Muradov Adil Bilal oğlu Poladov Şərəfxan Ağaməhəmməd oğlu Rüstəmov Ərəstun Mirələm oğlu Rzayev Əli İslam oğlu Yaqubəliyev Qəvvaz Bayram oğlu. *** Prezident Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamda ölkədə elmi-mədəni və ədəbi irsin qorunub saxlanılmasında mühüm xidmətləri olan Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsi bildirilib. *** Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Fərhad Sahib oğlu Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA