Prezident və xanımı ?Alov qüllələri?ndəki otelin açılızında

img

24-06-2013 [04:17]


Bu gün Bakıda ?Alov qüllələri? kompleksindəki ?Fairmont Baku? otelinin açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Dövlət başçısı ?Fairmont Baku? otelinin rəmzi açılışını bildirən lenti kəsib. Oteldə yaradılan şəraitlə tanışlıq zamanı prezident və xanımına məlumat verilib ki, 784 yerlik mehmanxanada 319 nömrə var. Kompleksin 37 mərtəbəli mehmanxana qülləsinin hündürlüyü 163 metrdir. Buradakı konfrans, iclas, idman zalları, restoranlar və s. ən müasir standartlara cavab verir. Sonra İlham Əliyev otelin kollektivi ilə görüşüb. Dövlət başçısı ?Fairmont Baku? mehmanxanasında yaradılmış şəraitdən məmnunluğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA