23-06-2013 [08:14]
Azərbaycanda prezident seçkilərinə rəsmən start verilməyə 2 aydan da az vaxt qalıb. Seçkidə hansı qüvvələrin iştirak edəcəyi də artıq bəllidir. Bütöv Azərbay-can Xalq Cəbhəsi Partiyası da (BAXCP) bu günlərdə qurultayını keçirərək payızda reallaşacaq seçki mübarizəsinə qoşulacağını bəyan edib. BAXCP-nin prezident seçkilərdəki namizədi isə Qüdrət Həsənquliyev olacaq. "Reytinq"ə müsahibə verən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə söhbətə də seçki hazırlıqlarından başladıq:
- Bu yaxınlarda qurultayımızı keçirdik və seçkidə iştirak qərarı verdik. Hazırda seçkilərə hazırlaşırıq. Əgər platformaları bizimlə yaxın olan partiyalarla vahid namizəd məsələsində anlaşa bilməsək, BAXCP öz namizədi ilə seçkilərə qatılacaq.
Bilirsiniz ki, biz parlamentdə "İslahat" bloku müstəvisində fəaliyyət göstəririk. Biz, vahid namizədi müəyyənləşdirmək barədə müzakirələrə hazırıq. Hətta razılıq əldə olunarsa, ümumi maraqlar naminə geri də çəkilə bilərəm. Hələlik bu istiqamətdə hər hansı addım atılmayıb, amma mənim partiya sədrləri ilə görüşlərim olacaq.
[b]- Əvvəlki seçkilərə nisbətən indiki imkanlarınız arasında hansısa fərq görürsünüzmü? [/b]
- Təbii ki, əvvəlki dövrə nisbətən partiya daha da güclənib, fəaliyyət dairəsi ge-nişlənib. Ən azından partiya artıq dövlət tərəfindən maliyyələşdirilir. Düzdür, bu vəsait çox olmasa da, hər halda müəyyən bir dəstəkdir.
Bundan başqa, partiya rəhbərliyi, yerli təşkilatlar kifayət qədər təcrübə toplayıblar. Cəmiyyətin özü inkişaf edib və artıq dəyişikliklər istəyir. Bu baxımdan, hesab edirəm ki, müxalifət partiyalarının daha yaxşı nəticələr əldə etmək im-kanları var. Biz də çalışacağıq ki, həm öz ideyalarımızı təbliğ edək, həm də da-ha geniştərkibli tərəfdarlar toplayaq. Bununla da cəmiyyətdə islahatların qaçıl-maz olduğunu indiki iqtidarın nəzərinə çatdıraq.
Onu da deyim ki, bu gün hakim partiya ilə müxalifət qüvvələrinin mübarizə aparmaq imkanları bərabər deyil. Demək olar ki, bütün resurslar hakim parti-yanın xidmətindədir. Biz imkanlarımızın məhdud olduğunu bilirik, amma buna baxmayaraq, alternativ ideyalarımızla mübarizəmizi davam etdirəcəyik.
[b]- Dövlətin partiyanıza ayırdığı maliyyə vəsaiti seçki kampaniyasının təşkili üçün yetərli olacaqmı?[/b]
- Şübhəsiz ki, bu vəsait seçki kampaniyası üçün çox azdır. Amma çalışacağıq ki, minimal səviyyədə də olsa, təbliğat işimizi quraq. Hər vaxt müraciət etmək imkanımız olmasa da, seçki ərəfəsində imkanımız var ki, iş adamlarından kö-mək istəyək.
[b]- Seçkidə əsas rəqib hansı qüvvələri görürsünüz?[/b]
- Sözsüz ki, iqtidarı! Yəqin ki, bütün digər namizədlər üçün də əsas rəqib iqtidardır. Çünki iqtidarla müxalifətin resursları o qədər qeyri-bərabərdir ki, iqti-dardan kənar istənilən qüvvə üçün əsas rəqib iqtidar olacaq.
[b]- Beynəlxalq təcrübədə var ki, seçkidə ikinci, üçüncü yeri tutan qüvvələr haki-miyyətlə anlaşmaya gedib, öz təkliflərinin bir hissəsini qəbul etdirə bilirlər. Azərbaycanda budəfəki seçkilərdə belə bir ehtimal gözlənilirmi?[/b]
- Bu, çox təəssüfedici haldır ki, Azərbaycanda hakimiyyət bölgüsü aparılma-yıb. Azərbaycan yeganə ölkədir ki, burda parlamentdə fraksiya yoxdur. Parla-ment idarəçiliyində başqa partiyanın nümayəndəsi hətta komitə sədri səviyyə-sində belə iştirak eləmir. İqtidar deyir ki, müxalifəti gücləndirmək bizim borcumuz deyil. Amma iqtidar elə siyasət yürütməlidir ki, çoxpartiyalı sistem inkişaf eləsin, parlamentdə qüvvələr nisbəti elə olsun ki, fraksiyalar yaratmaq müm-künləşsin.
Bir xarici nümayəndə Azərbaycana gəlir. Parlament nümayəndələri ilə görüşün-də partiyalar özlərini təqdim edirlər, hər partiyanın nümayəndəsi deyir ki, parlamentdə bir nəfərlə təmsil olunur. Bu zaman da istər-istəməz, həm parlament, həm də partiyalar haqqında qeyri-ciddi rəy formalaşır. Mən də ona görə deyirəm ki, Azərbaycan iqtidarı bu barədə ciddi düşünməlidir. Elə etməlidir ki, ölkədə siyasi islahatlar aparılsın, çəkişmələr, müzakirələr parlament müstəvisinə keçsin. Amma bizdə dövlət həyatı ilə bağlı olan mühüm sənədlər belə müzakirəsiz qəbul olunur. Parlament rəhbərliyi hansısa məmura xoş getmək üçün ölkənin beynəlxalq imicini ləkələyir. Amma düşünürəm ki, bu dəfə seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, ölkədə islahatların aparılması qaçılmazdır.
[b]- Bir müddət öncə Sizin parlamentli respublikaya keçid olması, baş nazirin səlahiyyətlərinin artırılması ilə bağlı təklifiniz var idi. Artıq prezident seçkiləri ərəfəsində müxalifət düşərgəsindəki digər partiyalar da analoji mövqedən çıxış etməyə başlayıblar...[/b]
- Bu, bizi sevindirir ki, bizim irəli sürdüyümüz ideya radikal müxalifət, o cümlədən digər siyasi qüvvələr tərəfindən dəstəklənir. İndi Milli Şura da bu ideyanı dəstəkləyir. Mən əminəm ki, zaman keçəcək, iqtidar da bunun qaçılmaz olduğunun fərqinə varacaq.
Biz demokratiyanı irəliyə aparmaq istəyiriksə, mütləq kollegial idarəetməyə keçməliyik. İndi prezident seçkiləri ərəfəsidir, yəqin ki, bu istiqamətdə islahatlara gediləcəyi gözlənilmir. Amma mən çox ümid edirəm ki, iqtidar hakimiyyətini qorumaq istəsə, seçkilərdən sonra belə bir islahata getməyin zəruriliyinin fərqinə varacaq.
[b]- İqtidar nümayəndələri isə əks tərəfdən gələn belə təkliflərə qarşı çıxırlar...[/b]
- Hakimiyyətdəkilər hesab edirlər ki, ən yaxşı təklifi özləri verə bilərlər və on-lardan yaxşı düşünən adam yoxdur. Ona görə də hətta ən uğurlu, milli maraq-lara uyğun təklifləri belə qəbul eləmirlər. Ümumiyyətlə, hakimiyyət cəmiyyətdə partiyaların rolunun artmasında maraqlı deyil. Baxmayaraq ki, YAP-a 600 min üzv qəbul ediblər, amma bu partiyanın da ölkənin siyasi həyatında aktiv iştirakı təmin olunmur. Çünki iqtidar insanların siyasətə qoşulmasında maraqlı deyil. Yəni bu, təkcə müxalifətə olan ögey münasibətdən qaynaqlanmır. Sadəcə olaraq, hakimiyyət, - istər konstruktiv olsun, istərsə də destruktiv olsun, - siyasi qüvvələrin aktiv olmasına qarşıdır. Ancaq bununla çox böyük yanlışlığa yol verirlər. Günün birində bu iqtidar böhran yaşasa, ölkədə siyasi boşluğu doldura biləcək hansısa siyasi qüvvə yoxdur. Bu da ona gətirib çıxaracaq ki, ölkə bö-yük bir xaosla üz-üzə qalacaq.
[b]- Qüdrət bəy, budəfəki seçkilərlə bağlı müxtəlif fikirlər səslənir, payızda gərgin-liyin olacağı vurğulanır. Sizcə, seçki ərəfəsində hər hansı gərginlik baş verə bilərmi?[/b]
- Sözün doğrusu, hansısa gərginliklər ol bilər. Amma düşünmürəm ki, ölkədə ciddi böhran yaransın. Azərbaycan kimi ölkələrdə xalq siyasi həyatda əhəmiy-yətli yer tutmadığına görə, məsələləri hakimiyyət daxilindəki qüvvələr həll edir. Hazırda hakimiyyət daxilində də elə bir qüvvə yoxdur ki, ölkəni böhrana sürükləyə bilsin. O baxımdan deyirəm ki, seçkilər sakit keçəcək.
Digəri isə xarici faktordur. Xarici faktorda Rusiyanın imkanları böyükdür. Rusiya Azərbaycanda siyasi böhran yaratmaq barədə düşünə bilər. Amma bu, o halda reallaşar ki, Rusiya, İlham Əliyevdən sonra hakimiyyətə ona daha yaxın şəxsin gələ biləcəyinə əmin olsun. Eyni zamanda, bu şəxs hakimiyyəti əlində stabil saxlamağı bacarmalıdır. Bu da çox çətin olacaq.
Amma Rusiyanın Azərbaycanı demokratikləşdirmək istəməsini düşünməyin özü çox qeyri-ciddi görsənir. Sadəcə olaraq, Rusiya qüvvələri Milli Şurada bir araya gətirməklə iqtidara təzyiq edir ki, müəyyən güzəştlər qoparsın. Əgər Rusiya Azərbaycanda hakimiyyəti dəyişmək istəsəydi, hələ 5 il bundan əvvəl müxalifəti maliyyələşdirməyə başlamalı idi. Ancaq hələlik görürsünüz ki, ortada pul yoxdur, deməli, barıt da yoxdur. Ortada olanlar isə sadəcə, siyasi oyunlar-dır.
ABŞ və Avropanın da Azərbaycanda siyasi proseslərə təsir imkanları çox məh-duddur. Mənə elə gəlir ki, Azərbaycanda hakimiyyət məsələsində bir razılıq da var. Rusiya, Türkiyə və ABŞ-ın razılaşması var və inanmıram ki, kimsə razılaşmanı pozsun. Düşünürəm ki, Rüstəm İbrahimbəyovu Rusiyadakı müəyyən dairələr inandırıb bu prosesə qoşublar. Amma həlledici məqamda ona deyəcək-lər ki, "çəkil, yerində otur!" və bununla da hər şey bitəcək.
[b]- YAP-ın sədr müavini Əli Həsənov 2003-cü ili xatırlayaraq bildirmişdi ki, o vaxt hakimiyyətdə təmsil olunan bəzi şəxslər ölkədən qaçmaq istəyib. Necə düşünürsünüz, hakimiyyət 2003-ə nisbətən güclənib, yoxsa...[/b]
- Hesab edirəm ki, hakimiyyət 2003-dən daha güclüdür. Ona görə ki, 2003-cü ildə İlham Əliyev mərhum keçmiş prezidentin oğlu olsa da, yeni bir adam idi. Amma indi söhbət iki müddət prezident olmuş təcrübəli bir adamın namizədli-yindən gedir. Ona görə də iqtidar komandası 2003-ə nisbətən daha stabil görü-nür.
[b]- Amma Siz ordudakı bəzi hərbçilərin hakimiyyətə sadiq ola bilməyəcəyi məsələsini qaldırıb, onların vaxtı ilə qiyamı dəstəklədiklərini bildirmişdiniz...[/b]
- Hesab edirəm ki, ordu rəhbərliyinin böyük hissəsi mənim nə demək istədiyi-min fərqindədirlər. 93-cü ildə ordu rəhbərliyi iclas keçirərək proseslərə müdaxilə etməyəcəkləri barədə qərar qəbul eləmişdilər və hökumətin qiyamı yatırmaq üçün bütün əl-qolunu bağladılar. Mənim qənaətimcə, həmin qüvvələr Rusiyaya bağlıdır. Sabah Rusiyanın Azərbaycanda aranı qarışdırmaq cəhdi şəraitində on-ların Rusiyanın, yoxsa Ali Baş Komandanın sözünü eşidəcəyi ilə bağlı məndə ciddi şübhələr var. Ona görə də iqtidar bu barədə ciddi düşünməli və müəyyən qərarlar qəbul etməlidir.
[b]- Həmin şəxsləri dəyişmək üçün hakimiyyətə nə mane olur?[/b]
- Səbəbini deyə bilmərəm. Ola bilsin, ölkə rəhbərliyi onlara inanır ki, böhran olarsa, bu dəfə fərqli davranacaqlar. Amma mən millət vəkili kimi narahatam və öz mövqeyimi bölüşürəm.
[b]- Əvvəlki seçkidə Qarabağla bağlı ən sərt mövqeyi ortaya Siz qoymuşdunuz. Bu seçkidə necə, Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa təkliflərlə çıxış edəcəksiniz?[/b]
- Bizim qurultayda da fikir səsləndi ki, Qarabağ münaqişəsinin həll yolu yalnız müharibədən keçir. Beynəlxalq təşkilatların nümayəndələri ilə təmasda olan, 88-ci ildən siyasətdə olan şəxs kimi yenə təkrarlayıram, hazırda beynəlxalq şərait belədir ki, bu problemin sülh yolu ilə ədalətli həlli yoxdur. Yaxın zamanda da əlverişli beynəlxalq şəraitin yaranacağı gözlənilmir. Yaxın on ildə dünyada söz sahibi ABŞ və Avropa Birliyi olaraq qalacaq. Bu dövlətlərin rəhbərliyi dəyişə bilər. Amma o ölkələrdə erməni diasporu faktoru var ki, onlar faktiki olaraq, Azərbaycanın maraqlarından kənar mövqedən çıxış edəcəklər. Təsəvvür edin ki, bir dövlət güc tətbiq edib başqa dövlətin ərazilərini tutub. Ancaq indi deyirlər ki, bundan sonra güc tətbiq eləmək olmaz. Yəni, bu, açıq şəkildə işğala dəstəkdir. Ona görə də Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağını deməyi qəbul eləmirəm. İqtidar da hiss edir ki, xalq müharibə istəmir və siyasə-tini də buna uyğun qurur. Amma xalqın içindən çıxan böyük liderlər ona görə böyük lider olurlar ki, sadə insanlardan fərqli düşünür və dövlət maraqlarını qorumaq üçün xalqı müharibəyə səfərbər edirlər.
Azərbaycanın kifayət qədər maliyyə imkanları var və peşəkar ordu formalaş-dırmaq olar. Qanunvericiliyimiz də buna imkan verir ki, xaricdən peşəkarları orduya cəlb eləməklə yüksək səviyyəli bir ordu formalaşdırılsın. Azərbaycan dünyaya göstərməlidir ki, torpaqları uğrunda ölüm-dirimə hazırdır. Belə bir rəy yaransa ki, Azərbaycan ordusu tam qüdrəti ilə formalaşıb və müharibə başlasa Ermənistanın daşı daş üstə qalmayacaq, o zaman Ermənistanı başa salacaqlar ki, kimin dəstək verməsindən asılı olmayaraq, ölkə kimi məhv olacaqsınız. Yəni, Azərbaycan göstərməlidir ki, öz torpaqları uğrunda ölümünə vuruşacaq. Amma səmimi şəkildə deyim ki, bu gün nə Ermənistan, nə də onları himayədarları heç bir narahatlıq keçirmirlər ki, Azərbaycan müharibə edəcək. İndiki siyasət bu cür davam edəcəksə, Qarabağ yalnız sözdə bizim olacaq.
[b]- Amma Sizdən başqa heç kim "müharibə" sözünü dilə gətirmir ki, müharibə tərəfdarı olan şəxs prezident seçkisini uda bilməz...[/b]
- Təəssüf ki, müharibəni həm xalq istəmir, həm də xarici qüvvələr. Təsəvvür edin, hansı müharibə istəyən qüvvəyə ABŞ, yaxud Avropa Birliyi dəstək verər? Müxalifət qüvvələri də məhz bu dəstəkdən məhrum olmamaq üçün "müha-ribə" sözünü dilə gətirmirlər. Amma bizim xarici güclərin dəstəyinə ehtiyacımız yoxdur. Milli maraqlarımız bizim üçün əsasdır və bu istiqamətdə mövqeyimizdən geri çəkilməyəcəyik.