Akif Muradverdiyevin müəmmalı həbsi qaçaqmalçılıq, yoxsa insanovla baglıdır? - YENiLƏNiB

img

20-06-2013 [09:54]


Iyunun 20-də Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev Bakı aeroportunda saxlanıb. Bu barədə vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib. Vəkilin məlumatına görə, A.Muradverdiyev hazırda Səbayel rayon Polis İdarəsində və ya məhkəməsindədir. Muradverdiyevin mobil telefonu zənglərə cavab vermir. İlkin məlumatlara görə, guya ondan qadağan olunmuş nə isə tapılıb. A.Muradverdiyev 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşlara hazırlıq ittihamı ilə həbs edilmişdi. Sonradan bu ittiham iqtisadi ittihamla əvəz olunub və 6 il həbsə məhkum edilib. Muradverdiyev 2008-ci il yanvarın 15-də Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmaqla cəzası şərti hesab edilərək azadlığa buraxılıb. *** Akif Muradverdiyev hazırda Səbayel rayon məhkəməsinə gətirilib. Məhkəmənin qarşısında olan qohumlarından biri Amerikanın Səsinə bildirib ki, Muradverdiyev səhər saatlarında saxlanıb. İlkin məlumatlara görə, o, aerorotun gömrük və sərhəd xidmətlərini keçib neytral zonaya daxil olanda saxlayıblar və çantasında guya 18 min manat dəyəri olan 10-luq qızıllar olduğunu deyiblər. Halbuki bu vaxta qədər onun bütün yükləri gömrük nəzarətindən keçib və yoxlanıbmış. Muradverdiyev Moskvaya uçurmuş. *** APA-nın verdiyi məlumata görə, "Akif Muradverdiyev barəsində Səbayel rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib" deyə A.Muradverdiyevin vəkili Fuad Ağayev bildirib. F. Ağayev bildirib ki, A. Muradverdiyev xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun həbs müddətində də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılmasına qərar verilib. Vəkil deyib ki, A. Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur. *** Mia.az xəbər verir ki, bu barədə ?Turan?a onun vəkili Fuad Ağayev məlumat verib. Həbsin səbəbləri məlum deyil. Vəkil Muradverdiyevlə yalnız sabah görüşə biləcək. Muradverdiyev əvvəllər də cinayət təqibinə məruz qalıb. 2005-ci il parlament seçkiləri ərəfəsində bir çox məmurlarla birgə dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunub, 2008-ci ildə isə əfv edilərək azadlığa buraxılıb. Bu arada mia.az-a daxil olan məlumata görə, Muradverdiyevin həbsi həbsdə olan sabiq nazir Əli İnsanov və Milli Şura ilə baglıdır. İnsanovun Milli Şura ilə bağlı müsbət açıqlamasından sonra bu həbsə diqqət çəkən mənbə deyib ki, beyin quruması xəstəliyi ilə həbsdən yayınan A.Muradverdiyevin də Milli Şuraya sıcaq münasibətii olub: "Onunla Əli İnsanovun son aylar xəbərləşməsi haqda informasiyalar da var. Güman ki, bu həbs həm İnsanovla son ayların gizli xəbərləşməsi, həm də Milli Şura ilə bağlı ola bilər. Yəqin düşünürlər ki, o, ekstremal vəziyyətdə ortaya açıq mövqe qoymaqla gərginlik yarada bilər. Buna görə də, "köhnə işıəri" təzələyəcəkləri gözlənilən idi".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA