Sabiq YAP-çı deputat: "Söyüz Fəzail Ağamalının özunə və nəsilinə olub!"

img

20-06-2013 [03:03]


?Deputat Fəzail Ağamalı deyib ki, guya Hüseyn Abdullayev parlamentdəki qalmaqal zamanı deputatların hamısını söyüb, guya biz o söyüşləri "yemişik". Bu, tamamilə cəfəng fikirdir?. Bu sözləri sabiq YAP-çı deputat Nazim Məmmədov deyib. O, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının bu gün modern.az saytına verdiyi müsahibəsində səsləndirdiyi fikirlərinə etiraz edib. Qeyd edək ki, F,Ağamalı keçmiş deputat Hüseyn Abdullayevlə parlamentdəki davası barədə danışarkən deyib ki, H.Abdullayevin parlamentdəki aqressivliyi təkcə onu qarşı yox, digər həmkarlarını da hədəfə alıb: ?Lakin onlar onun söyüşlərini ?yeməyi? bacardı. Mən isə yox?. Həmin dövrdə parlamentin deputatı olan N.Məmmədov bildirib ki, həqiqətən də orada söyüş olub, bu, ümumi olmayıb: ?Söyüş Fəzail müəllimin özünə və nəslinə olub. Söyüşdən sonra Fəzail müəllim yeriyib onun üzərinə, Hüseyn müəllim də onu əli ilə zaldan çıxarmaq üçün işarə verib. Qəfildən Fəzail Ağamalı deputat həmkarını vurub, o da qarşılıq verib. Yaxında olan deputatlar dalaşanları ayırıb?. Keçmiş deputat deyib ki, F.Ağamalının guya H.Abdullayevin oradakı hamını söyməsi ilə bağlı dedikləri iftiradır"(aznews.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA