Ramiz Tağıyev azadlığa buraxıldı

img

19-06-2013 [11:25]


Keçmiş cəbhəçi Ramiz Tağıyev azadlığa buraxılıb. Bu barədə Ramiz Tağıyev özü məlumat verib. O qeyd edib ki, bu gün Ali Məhkəmədə onun kasasiya şikayətinə baxılıb. Məhkəmə R.Tağıyevin şikayətini təmin edib, onun barəsində çıxarılmış həbs qətimkan tədbirini ləğv edib. Buna səbəb ona qarşı açılmış cinayət işindəki maddələrdən birinə xitam verilməsi olub. R.Tağıyev bildirib ki, o Ali Məhkəmənin bu qərarını ədalətin bərpa olunması kimi qiymətləndirir: ?Mən bu gün əmin oldum ki, Azərbaycan məhkəmələrində ədalət artıq bərpa olunub?. Qeyd edək ki, R.Tağıyev 2010-cu ildə Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirləndirilərək 8 il müddətinə azadlıqdan məhrum olunmuşdur(APA).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA