Əli insanov həbsxanadan mesaj göndərdi: "Hər hansı danızıq və hər hansı sövdələzməm yoxdur?

img

19-06-2013 [10:27]


?Hesab edirəm ki, Milli Şuranın yaradılması demokratiya uğrunda görüləcək işlərin başlanğıcı və çox mühüm bir mərhələsidir. Prosesləri diqqətlə izləyirəm. Milli Şuraya xalqımızla birgə uğurlar arzulayıram?. Mia.az xəbər verir ki, bunu həbsdə olan sabiq nazir Əli İnsanovun vəkili Toğrul Babayev "Amerikanın Səsi"nə onun adından bildirib. O, deyib ki, İnsanov bəzi media orqanlarında onun iqtidar tərəfrindən azadlığa buraxılacağı ilə bağlı yayılan xəbələri təkzib edib. ?Mən, hökumətlə hər hansı danışıq aparmıram və hər hansı sövdələşməm yoxdur?, - o, qeyd edib. Vəkil keçmiş nazirin səhhətinin normal olduğnu və özünü yaxşı hiss etdiyini bildirib. T.Babayev bildirib ki, iyunun 14-də Əli İnsanovla bağlı Avropa İnsan Hüquqları Mərhkəməsinin hökmü qüvvəyə minib. ?Avropa Məhkəməsi martın 14-də Əli İunsanovun şikayəti üzrə qərar qəbul edib. Qərarda yazılıb ki, iyunun 14-ü saat 24.00-dək tərəflər şikayət etməzsə qərar qüvvəyə minir. Ə.İnsanov qərardan şikayət etməyib, hökumət tərəfindən isə şikayət edilməsi barədə hər hansı məlumat yoxdur. Hesab edirik ki, Avropa Məhkəməsinin qəraraı qüvvəyə minib və Azərbaycana göndrəiləcək. Azərbaycan Ali Məhkəməsinin Plenumu 3 ay müddətində Əli İnsanovla bağlıAzərbaycan məhkəmlərinin hökm və qərarlarını ləğv edib, onu azadlığa buraxmaldır, vəkil bildirib. Əli İnsanov 2005-ci ilin oktaybrında parlament seçkiləri öncəsi dövlət çevirilişinə cəhddə ittiham edilib, sonra ittihamlar iqtisadi cinayətlərlə əvəz edilib. Məhkəmə keçmiş naziri 11 il azadlıqdan məhrum edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA