Prezient iki rayonla bağlı sərəncam verdi

img

19-06-2013 [09:33]


Bu gün Prezident İlham Əliyev iki rayonla bağlı sərəncamlar imzalayıb. Mia.az Preziidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyevin sərəncamları Bakının Sabunçu və Goranboy rayonları ilə bağlı olub: " Goranboy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, ?Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı?nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Goranboy Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat ayrılıb". Mia.az xəbər verir ki, eyni məqsədlə Bakının Sabunçu rayonun icra hakimiyyətinə də pul ayrılıb: "Prezident, bu gün Bakı şəhəri Sabunçu rayonunun Zabrat, Nardaran və Maştağa qəsəbələri ərazisində yetmiş min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 35,4 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyətinə ayrılması haqda sərəncam imzalayıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA