General və icra bazçısının adı avtomobil yanğınında hallanır; Zərərin DYP tərəfindən ödəniləcəyinin sirri açılır

img

19-06-2013 [06:47]


Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Nizami rayonunda yerləşən cərimə meydançasında yanğın baş verib. Xəbər verdiyimiz kimi, orada 1000 kvadratmetr ərazidə quru ot və 40-a yaxın avtomobil yanıb. Bəs yanan cərimə meydançası faktiki olaraq kimindir? Məlumata görə, cərimə meydançasının rəisi, BŞDYPİ-nin rəhbəri, general Ramiz Zeynalovun yaxın qohumudur. Nizami rayonundakı meydançaya mayor rütbəli polis zabiti olan Elçin Orucov adlı şəxs rəhbərlik edir. Onun generalla qohumluq münasibətlərinə gəlincə isə qeyd edək ki, Elçin Orucov general Ramiz Zeynalovun qardaşı Tofiq Zeynalovun kürəkənidir. Tofiq Zeynalov da hazırda Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edir(virtualaz.org). Bu arada isə cərimə meydançasında avtomobillərin yanmasına Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi münasibət bildirib. İdarənin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Modern.az-a açıqlamasında bildirib ki, yanğınla bağlı aiddiyatı tədbirlərin görüldüyünü bildirib. ?Elektrik naqillərində olan nasazlıq nəticəsində yaranan yanğın müvəqqəti mühafizə olunan dayanacaqdakı avtomobillərə də təsir edib. Yanğınsöndərənlər vasitəsilə yanğın söndürülüb. Bir neçə maşın yanıb. Nə qədər maşının yandığını deyə bilmərəm. Hələlik bildiyim budur. Yanğınla əlaqədar nə kimi tədbirlərin görüləcəyi və ya müəyyən işlərin görülməsi üçün aiddiyyatı addımlar atılacaq. Müvəqqəti mühafizə dayanacaqlarında saxlanılan avtomobillərin təhlükəsizliyinə yol polisi idarəsi məsuliyyət daşıyır. Məsələ araşdırılsın, ondan sonra qanunvericiliyin tələbi nədirsə ona uyğun tədbir görüləcək". Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Nizami rayonunda avtomobillərin cərimə meydançasında baş verən yanğında müxtəlif markalı bir neçə avtomobil yanması barədə məlumat yayıb. Qeyd olunur ki, ərazidə olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA