Keçmiz rektor direktor təyin olundu; isa Həbibbəyliyə AMEA-da yeni iz verildi

img

19-06-2013 [05:49]


AMEA-nın vitse-prezidenti, ədəbiyyatşünas alim, akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutuna direktor təyin olunub. Bu barədə İ.Həbibbəylinin özü məlumat verib: "AMEA-nın vitse-prezidenti postunda qalmaqla yeni vəzifəyə təyin olunmuşam. İnstitutun əvvəlki direktoru Bəkir Nəbiyev dünyasını dəyişəndən sonra onun səlahiyyətlərini Teymur Kərimli icra edib. Teymur Kərimli birinci müavin vəzifəsində qalır". İ.Həbibbəyli bildirdi ki, sabah Ədəbiyyat İnstitutunda Elmi Şuranın iclası olacaq və orada atılacaq yeni addımlar müzakirə ediləcək. Xatırladaq ki, Naxçıvan Dövlət Universitetinin rektoru olmuş İ.Həbibbəyli aprelin 24-də AMEA-nın illik ümumi yığıncağından sonra Rəyasət Heyətinin üzvü və vitse-prezident secilib(simsar.az). Bundan sonra isə, o, prezident İlham Əliyevin sərəncamı ilə rektor vəzifəsindən azad olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA