Elmira Süleymanova həbsdəki sabiq nazirlərdən danızdı: ?Əli insanovla Fərhad Əliyevin...?

img

18-06-2013 [04:41]


?Eks-səhiyyə naziri Əli İnsanova və keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə hər zaman baş çəkilir?. Bunu Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova deyib. O, bildirib ki, başqaları kimi Ə.İnsanov və F.Əliyevin də vəziyyəti öyrənilir, müraciətləri nəzərə alınır. ?Təbii ki, hamı kimi onlara da hər zaman baş çəkilir, hansısa müraciətləri nəzərə alınır. Onlara baş çəkən zaman saxlanma şəraitlərindən, onlarla rəftardan şikayətləri olmur?. Əli İnsanovun və Fərhad Əliyevin onlar haqqında çıxarılmış məhkəmə qərarlarına etirazlarına da münasibət bildirən Ombudsman məhkəmə qərarlarının icrasının vacib olduğunu bildirib. ?Onlar da məhkəmə qərarlarını müzakirəyə çıxarırlar. Məhkəmə qərarlarının icrası isə mütləqdir. Çünki məhkəmə qərarı dövlət tərəfindən çıxarılır. Buraya Ombudsmanın, bir başqasının müdaxilə edilməsi yolverilməzdir?, ? deyə Elmira Süleymanova qeyd edib(Modern.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA