Milli Şurada "üçlər"in qapalı görüzü: isa Qəmbər, Əli Kərimli və Eldar Namazov nələr danızdı?

img

18-06-2013 [04:05]


Bu gün Müsavat partiyasının qərargahında AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər və Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov qapalı görüş keçiriblər. İki saata yaxın davam edən görüşdən sonra AzadlıqRadiosuna qısa açıqlamasında Müsavat başqanı İsa Qəmbər bu görüşü Milli Şuranın fəaliyyət istiqamətləri ilə bağlı növbəti işçi görüş adlandırıb: ?Bu işçi görüşlərdən biri idi. Milli Şuranın fəaliyyətini gücləndirmək zərurəti var. Biz də vaxtaşırı görüşüb, Milli Şuranın vəzifələrini müzakirə edirik, qarşıdan gələn seçkilərlə bağlı fikir mübadiləsi aparırıq. Yəni, bu daimi işçi görüşlərdən biridir, fərqli bir görüş deyil?. Milli Şuranın növbəti toplantısının iyunun 21-də keçiriləcəyi gözlənilir. Müxalifət partiyaların, ictimai qurumların, ziyalıların təmsil olunduğu Milli Şura iyunun 7-də təsis edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA