Dövlət Baxçalı Qənirə Pazayevaya qəzəblənib? Deputatdan sərt cavab gəldi

img

18-06-2013 [02:14]


Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Azərbaycanlı bir millət vəkilinə möhkəm qəzəblənib. Mia.az-ın məlumatına görə, ?Azadinform? agentliyi etibarlı mənbəyə istinadən xəbər verir ki, partiyasının həftəlik toplantısında bu qəzəbini dilə gətirən D.Baxçalı Azərbaycanlı millət vəkili haqqında sərt ifadələr işlədib. İddiaya görə, Azərbaycanlı millət vəkili Türkiyədə bir məclisdə D.Baxçalının yerinə yeni bir namizəd təklif edib və yeni namizədin Azərbaycan tərəfindən dəstəklənməsinin təşkilini də öz boynuna götürüb. Həmin məclisdə iştirak edənlərdən biri isə bas verən söhbətləri olduğu kimi MHP sədrinə çatdırıb. Məhz buna görə həmin Azərbaycandan olan millət vəkilinin MHP-nin hər hansı bir tədbirinə dəvət olunması qadağan edilib. ?Azadinform? agentliyinin xəbərində həmin deputatın kimliyi barədə heç bir məlumat verilmir. "Virtualaz.org" isə iddia edir ki, öz araşdırmaları nəticəsində həmin deputatın adını dəqiqləşdirə bilib. Saytın yazdığına görə, bu, Qənirə Paşayevadır. *** ?Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının yerinə başqa, yeni namizəd təklif etməyimlə bağlı bəzi KİV-lərdə yer alan fikirlər yanlış və cəfəng məlumatlardır. Birincisi mən Türkiyə vətəndaşı deyiləm, ikincisi Milliyyətçi Hərəkat Partiyasının üzvü deyiləm?. Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Qənirə Paşayeva onun barəsində yayılan məlumatlara şərh verərkən deyib. ?Türkiyə vətəndaşı və Türkiyə Milliyyətçi Hərəkat Partiyasının üzvü olmadığım halda hansısa bir siyasi qurumda kiminsə rəhbərliyinin doğru olmamağı, onun yerinə başqasına gətirilməyi mənim işim deyil. Bu məlumat absurddur. Heç bir məsclisdə, ümumiyyətlə belə bir fikir işlətməmişəm və çıxış etməmişəm. Heç vaxt çıxış etmərəm də. Çünki siyasətin içərisində olan bir insanam və bunun siyasi cəhətdən nə qədər yanlış olduğunu bilirəm?. Xanım deputat Dövlət Baxçalının hörmət etdiyi insanlardan biri olduğunu və onun haqqında heç vaxt mənfi ifadələr işlətmədiyini vurğulayıb. ?Türkiyənin ən böyük partiyalarından birinin rəhbəridir və ona münasibətim çox normaldır. Bu absurd iddialardır. Əgər kimsə mənim adımla yalnış ifadələr gedib çatdırıbsa, o adam yalnış və böhtançı düşüncə tərzinə malik insandır. Heç inanmıram ki, Dövlət Baxçalı partiya lideri olaraq belə böhtana inansın. Söhbət təkcə Milliyyətçi Hərəkat Partiyasından getmir. Hansısa partiyaya kimin rəhbərlik edəcəyini o partiyanın üzvləri və dəstəkçiləri müəyyənləşdirir və bunu onlar söyləyə bilər?. Son olaraq Dövlət Baxçalı ilə iyunun 9-da Möhsün Yazıçıoğlunun qızının toyunda görüşdüyünü deyən Qənirə Paşayeva ona bununla bağlı nə Dövlət Baxçalı, nə də partiyanın təmsilçiləri tərəfindən hər hansı irad bildirildiyini vurğulayıb. ?Bir toyda gəlinlə bəyin şahidləri idik, salamlaşdıq. Bununla bağlı nə Dövlət Baxçalı, nə də partiyanın təmsilçiləri tərəfindən fikir səsləndirilib. Bu yalan məlumatları ortaya atanlara yazıqlar olsun?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA