Həcc ziyarəti qismən təxirə salındı; Ziyarətlə bağlı gözlənilməz qərar verildi

img

17-06-2013 [12:23]


Tarixdə ilk dəfə Həcc ziyarəti qismən təxirə salınıb. ANS PRESS-in ?mignews.com? saytına istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı hökuməti bu il Məkkəyə Həcc ziyarətinə gələn zəvvarların sayını azaltmaq istəyir. Ölkədən gələnlərin sayı yarıbayarı və xaricdən gələn zəvvarların sayı isə 20 faiz azaldılacaq. Həcc naziri Bəndər Hədcarın sözlərinə görə, bu müvəqqəti qəbul edilmiş qərardır. Nazir zəvvarların sayının azaldımasını Məkkədə ?Əl-Həram? məscidinin təmiri ilə əlaqələndirir. Təmir işlərindən sonra məscidin ərazisi 400 min kv metr artırılacaq və 2,2 milyon insana eyni vaxtda xidmət göstərəcək. Xatırladaq ki, ötən il Həcc ziyarətini 3,1 milyon insan ziyarət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA