ivanizvilinin azərbaycanlı köməkçisi oldu

img

16-06-2013 [02:44]


?Mən nəinki köməkçi, o cümlədən nazir vəzifəsində də azərbaycanlılardan olmasını istərdim. Bu məsələnin üzərində işlər gedir?,- bunu Gürcüstanın Baş naziri Bidzina İvanişvili bildirib. Mia.az "Anspress.com"a istinadən xəbər verir ki, Gürcüstanın hökumət başçısı Bidzina İvanişvilinin dövlət vəzifəsinə təyin etmək üçün layiqli azərbaycanlı axtarışları nəhayət nəticəsini verdi. Baş nazir Milli azlıqlar üzrə köməkçisi vəzfəsinə əslən Qardabani rayonunun Qara Təhlə kəndindən olan, gənc hüquqşünas Savalan Mirzəyevi təyin edib. Yeni köməkçi artıq prioritetlərini də müəyyənləşdirib. Baş nazirin milli azlıqlar üzrə köməkçisi Savalan Mirzəyevin sözlərinə görə, əsas iş məqsədlərim odur ki, milli azlıqların yaşadığı bölgədə olan problemləri Baş nazirə çatdırmaq, aidiyatı orqanlara bildirmək və həmin problemlərin birgə çıxış yolların axtarıb tapılmasıdır: ?Azərbaycanlıların kompakt yaşadığı bölgələrdə problemlər var. Ancaq bu problemlər illər ərzində yığılmış problemdir. Bunların həlli üzərində çalışmaq bizim borcumuzdur?. Qeyd edək ki, 27 yaşlı Savalan Mirzəyev buna qədər Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri vəzifəsində çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA