Prezident Cinayət Məcəlləsində ağırlazdırıcı halları təsdiqlədi; Böntan, təhqir, xuliqanliq... edənləri ağır cəza gözləyir

img

15-06-2013 [11:34]


Prezident Ilham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunu təsdiqləyib. Mia.az xəbər verir ki, yeni redaktədə məcəllədəki bəzi maddələr sərtləşdirilib. Həmçinin, böhtan, təhqir və xuliqanlıqla bağlı maddələrdə cəzalar da nəzərdə tutulan dəyişikliklərdə ağırlaşdırılıb. Bir sözlə, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, aşağıdakı maddələr üzrə dəyişiklikləri təsdiqləyib. Mia.az dəyişikliyi olduğu kimi təqdim edir: "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ?4, II kitab, maddə 251, ?5, maddə 323, ?12, maddə 835; 2001, ?1, maddə 24, ?7, maddə 455; 2002, ?1, maddə 9, ?5, maddələr 236, 248, 258, ?6, maddə 326, ?8, maddə 465; 2003, ?6, maddələr 276, 279, ?8, maddələr 424, 425, ?12, I kitab, maddə 676; 2004, ?1, maddə 10, ?4, maddə 200, ?5, maddə 321, ?8, maddə 598, ?10, maddə 762, ? 11, maddə 900; 2005, ?1, maddə 3, ?6, maddə 462, ?7, maddə 575, ?10, maddə 904, ?11, maddə 994; 2006, ?2, maddələr 71, 72, 75, ?5, maddə 390, ?12, maddələr 1008, 1020, 1028; 2007, ?2, maddə 68, ?5, maddə 398, ?6, maddələr 560, 562, 579, ?8, maddə 757, ?10, maddələr 937, 941, ?11, maddələr 1049, 1080, 1090, ?12, maddə 1221; 2008, ?6, maddələr 454, 461, ?7, maddə 602, ?10, maddə 884, ?12, maddələr 1047, 1049; 2009, ?5, maddə 315, ?7, maddə 517, ?12, maddə 953; 2010, ?2, maddə 70, ?3, maddələr 171, 178, ?4, maddələr 275, 276, ?7, maddə 591; 2011, ?4, maddə 253, ?6, maddə 472, ?7, maddələr 587, 601, 621, ?11, maddə 980, ?12, maddə 1093; 2012, ?2, maddə 45, ?3, maddələr 193, 196, ?7, maddələr 666, 669, 673, ?11, maddə 1068, ?12, maddə 1223; 2013, ?1, maddə 14; Azərbaycan Respublikasının 2012-ci il 28 dekabr tarixli 541-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin: 1. 141.2-ci maddənin sanksiyasında ?yüz səksən saatdan iki yüz? sözləri ?üç yüz altmış saatdan dörd yüz? sözləri ilə əvəz edilsin. 2. 147.1-ci, 148-ci, 156.1-ci, 157.1-ci və 316-1.1-ci maddələrin sanksiyalarında ?iki yüz qırx? sözləri ?iki yüz qırx saatdan dörd yüz səksən? sözləri ilə əvəz edilsin. 3. 158.1-ci, 177.1-ci, 178.1-ci, 179.1-ci, 184.1-ci, 187.1-ci, 200.1-ci, 299.1-ci, 303.1-ci və 322.1-ci maddələrin sanksiyalarında ?yüz səksən saatdan iki yüz qırx? sözləri ?üç yüz altmış saatdan dörd yüz səksən? sözləri ilə əvəz edilsin. 4. 159.1-ci, 160.1-ci və 286.2-ci maddələrin sanksiyalarında ?yüz əlli saatdan iki yüz qırx? sözləri ?üç yüz saatdan dörd yüz səksən? sözləri ilə əvəz edilsin. 5. 159.2-ci, 159.3-cü, 159-1.1-ci, 159-1.2-ci və 244.1-ci maddələrin sanksiyalarında ?iki yüz saatdan iki yüz qırx? sözləri ?dörd yüz saatdan dörd yüz səksən? sözləri ilə əvəz edilsin. 6. 165.1-ci, 165-1.1-ci, 165-2.1-ci, 165-3.1-ci, 166.1-ci, 167-ci, 175-ci, 243.1-ci və 306.1-ci maddələrin sanksiyalarında ?yüz altmış saatdan iki yüz qırx? sözləri ?üç yüz iyirmi saatdan dörd yüz səksən? sözləri ilə əvəz edilsin. 7. 188-ci və 310-cu maddələrin sanksiyalarında ?iki yüz? sözləri ?iki yüz qırx saatdan dörd yüz? sözləri ilə əvəz edilsin. 8. 189.1-ci maddənin sanksiyasında ?yüz saatadək? sözləri ?iki yüz qırx saatdan üç yüz saatadək? sözləri ilə əvəz edilsin. 9. 203.1-ci maddənin sanksiyasında ?yüz əlli saatdan iki yüz? sözləri ?üç yüz saatdan dörd yüz? sözləri ilə əvəz edilsin. 10. 221.1-ci, 228.4-cü, 229.4-cü, 289.1-ci, 296.1-ci və 297.1-ci maddələrin sanksiyalarında ?yüz altmış saatdan iki yüz? sözləri ?üç yüz iyirmi saatdan dörd yüz? sözləri ilə əvəz edilsin. 11. 256.1-ci və 258.1-ci maddələrin sanksiyalarında ?yüz altmış? sözləri ?iki yüz qırx saatdan üç yüz iyirmi? sözləri ilə əvəz edilsin. 12. 298-ci maddənin sanksiyasında ?yüz iyirmi saatdan yüz səksən? sözləri ?iki yüz qırx saatdan üç yüz altmış? sözləri ilə əvəz edilsin. 13. 314.1-ci maddənin sanksiyasında ?iki yüz otuz? sözləri ?iki yüz qırx saatdan dörd yüz altmış? sözləri ilə əvəz edilsin. 14. 320.2-ci maddənin sanksiyasında ?səksən? sözü ?iki yüz qırx saatdan üç yüz? sözləri ilə əvəz edilsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA