Ev alacaq jurnalistlərin siyahısı müəyyən edildi

img

15-06-2013 [10:09]


Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. İclasıda MŞ sədri Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. MIA Mətbuat Şurasının saytına istinadən xəbər verir ki, iyunun 15-də jurnalistlər üçün tikilən hündür mərtəbəli binanın mənzillərinin sahiblərinin müəyyənləşdirilməsi üzrə redaksiyalardan irəli sürülən namizədlərdən, eləcə də fərdi müraciətçilərdən sənəd qəbulu başa çatıb. Ə.Amaşov bildirib ki, jurnalistlər üçün tikilmiş binadakı mənzillərin bölgüsü ilə əlaqədar MŞ-nin kriteriyalarının açıqlanmasından, yəni may ayının 23-dən sonra Şuranın Katibliyi tərəfindən quruma üzv KİV-lərə müraciətlər ünvanlanıb və onlara prinsiplər barədə geniş məlumat verilib: ?Şəffaflığın təmin edilməsi üçün Şura üzvləri redaksiyalarda namizədlərin müəyyənləşdirilməsi gedişini izləyiblər. Keçirilmiş səsvermə proseslərində hər hansı nöqsanlar qeydə alınmayıb. Bununla belə adı redaksiya siyahısına düşə bilməyənlərdən bir neçəsi MŞ-yə şikayət ünvanlayıb. Hazırda həmin şikayətlər də araşdırılacaq. Ümumilikdə MŞ üzvü olan 27 gündəlik, 35 həftəlik-aylıq qəzetdən, 13 informasiya agentliyindən, 7 xəbər portalından və 5 jurnaldan müraciət daxil olub. Bundan başqa 70 fərdi müraciət də qeydə alınıb. Əvvəlcədən müəyyənləşdirildiyi kimi, gündəlik qəzetlər və informasiya agentlikləri 3, həftəlik qəzetlər, portallar və jurnallar bir namizəd irəli sürməli idilər. MŞ üzvləri məsələ ətrafında fikirlərini bildirdikdən sonra toplanmış materiallarla bağlı müvafiq prosedur ümumiləşdirmələrin aparılması və onların Prezident Administrasiyasına göndərilməsi qərara alınıb?. Ə.Amaşov gündəlikdə duran ikinci məsələ ilə bağlı qeyd edib ki, təxminən 30-dək KİV MŞ üzvü kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmirlər - üzvlük haqqını ödəmirlər, ümumən MŞ ilə əlaqələrini kəsmiş durumdadırlar. Belələrinin qurumun sıralarından xaric edilməsi struktur fəaliyyətin düzgün həyata keçirilməsi baxımından önəmlidir: ?Təklif səsə qoyuldu və yekdilliklə bəyənildi. MŞ üzvləri Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsi ilə bağlı bildirdilər ki, ali məclis Şuranın Nizamnamə tələblərindən irəli gələn qaydalara uyğun şəkildə baş tutmalıdır. Bu mənada ilk iş qurultayın keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılmasıdır. Belə qərara alındı ki, MŞ-nin İdarə Heyətinin hazırkı tərkibi artıq Təşkilat Komitəsi kimi fəaliyyət göstərsin. Qarşıdakı müddətdə redasiyalarla mövcud istiqamətdə müvafiq iş aparılsın. İclasda eyni zamanda təklif olundu ki, MŞ-yə üzv gündəlik qəzetlərin və informasiya agentliklərinin ali məclisdə 2, həftəlik qəzetlərin, xəbər portallarının, jurnalların və jurnalist təşkilatlarının 1 nümayəndəsi qurultayda nümayəndə ilə təmsil olunsunlar. Qəbul edilən qərarlardan biri də qurultayın dəqiq tarixi ilə bağlı oldu. TK üzvləri ali məclisin iyul ayının 12-də təşkilini məqsədəuyğun saydılar. Tədbirin yerinin müəyyənləşdirilməsi barədə işlərin aparılması razılaşdırıldı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA