Kəmaləddin Heydərovun qəbuluna ilanla gəliblər; Nazir zikayətçini hədələyib

img

15-06-2013 [02:05]


Fövqəladə hallar naziri Kamaləddin Heydərov Salyan rayonunda vətəndaşları qəbul edib. Qəbul zamanı çoxsaylı isidentlər yaşanıb. Görüşdə iştirak edən şəxslərin ?Azadlıq.TV? ?yə verdiyi məlumata görə, nazirin qəbulunda 2 nəfərin ürək tutması olub. Hər iki şəxsə təcilli tibb yardım göstərilib. Azadlıq Radiosunun bölgə müxbiri Azər Əli FHN-nin əməkdaşlarının təzyiqinə məruz qalıb. FHN əməkdaşları jurnalistin xidməti vəsiqəsini əzib, kamerasını isə sındırmaq istəyiblər. Daha sonra jurnalist ərazidən uzaqlaşdırılıb. Kür Vətəndaş Qərargahının nümayəndəsi Məhbub Zülvuqarlıda nazirin görüşünə buraxılmayıb. Mia.az-ın xəbərinə görə, nazirin qəbulunda olan Sabirabad rayonu Azadkənd kəndinin sakini Həsənov Vidadi Əliabbas oğlu ?Azadlıq.TV?-yə verdiyi acıqlamasında bildirib ki, Kamaləddin Heydərov onu həbs etdirməklə hədələyib: ?Mənim evimin yararsız vəziyyətdə olduğunu nazirin diqqətinə çatdırdım. Kamaləddin Heydərov mənə bildirdi ki, heç yerə şikayət etmə. Birdə şikayət etsən səni istintaqa verəcəm. Mən də öz növbəmdə ona bildirdim ki, mən artıq sizi məhkəməyə vermişəm?. V. Həsənov ?Azadlıq.TV? ?yə verdiyi acıqlamasında qeyd edib ki, nazir Kamaləddin Heydərovdan məhkəməyə şikayət edib: ?Üzləşdiyim qanunsuzluqla bağlı Kamaləddin Heydərovdan məhkəməyə şikayət etmişəm. Mən evlərin yoxlamasını həyata keçirən komissiyanın üzvü olmuşam. Nazir məni həbslə hədələyəndə onun diqqətinə çatdırdım ki, məndə minlərlə fakt var. Evlərin tikilməsi üçün kimlərin rüşvət aldığını bilirəm. Ondan başqa Kamaləddin Heydərova dedim ki, 10 min manata başa gələn evlərin 60 minə sənədləşməsini də məhkəmədə sübut edəcəm. Bundan sonra məni qəbuldan çıxartdılar?. ?Azadlıq.TV? yə müsahibə verən İmişli rayonu Rəsullu kənd sakini Camal Babaşov nazirin görüşünə ilanla getdiyini bildirdi: ?Təbii fəlakət zamanı evimiz tamamilə yararsız vəziyyətə düşüb. Evimizin divarlarında dərin çatlar əmələ gəlib. Həmin çatlardan otaqlara ilanlar daxil olur. Artiq 2 qızıl ilanı öldürmüşük. Öldürdüyümüz ilanların 1 metr 40 santimetr uzunluğu var. Öldürdüyüm ilanlardan birini torbaya qoyub nazirin görüşünə getdim. İsətəyirdim ki, evimizə girən ilanı Kamaləddin Heydərova göstərim. Amma məni içəri buraxmadılar?. Nazirlə görüşə gedən vətəndaşların ?Azadlıq.TV?-yə verdiyi məlumata görə, K. Heydərov görüşü yarımçıq qoyaraq Salyanı tərk edib.100-dən artıq şəhid ailəsinin nümayəndəsi və müharibə iştirakçısı isə nazir müavinləri ilə görüşdən imtina edib. Görüşdə iştirak edən Bəxtiyar Qəhramanovun sözlərinə görə, K. Heydərov vəziyyətin gərginləşdiyini gördükdən sonra ərazini tərk edib: ?100-dən artıq şəhid ailəsini və müharibə veteranını saya salmadı. Bizə dedilər ki, nazirliyin idarə rəisləri bizi qəbul edəcək. Axşama kimi ayaq üstə ac susuz naziri gözlədik. Özləri içəridə yeyib içirlər xalxı isə çöldə gözlədirlər. Bizdə idarə rəisləri ilə görüşməkdən imtina etdik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA