Qarabağ əlilləri prezidentə zok məktub yazdı: ?Bizi ölkədən deportasiya edin!?

img

14-06-2013 [03:11]


Qarabağ muharibəsi əlilləri Əhməd Fazil oğlu Rəhmanov, Adil Suleymanov, İmran Əlirzayev Prezident İlham Əliyevə şok müraciət ünvanlayıb. Mia.az-a daxil olan həmin şikayət məktubunu olduğu kimi dərc edirik: ?Hörmətli Prezident! İyun ayının əvvəlində Sizə unvanladığımız məktubu Azərbaycan Dövlət Neft Şirkətin rəhbərliyinə yönləndirilib. Ordan isə bizə yenidən imtina məktubu gəlib. Bir daha diqqətinizə çatdırırıq ki, biz əlillər üçün verilən pensiya ilə ailəmizi saxlaya bilmirik. Belə bir vəziyyətdə isə islədiyimiz yerdən çıxarıldığımız ucun Qarabağ müharibəsi əlili olduğumuza çox peşman olmuşuq. Əgər bizi qanunla təmin olunduğumuz iş yerindən uzaqlaşdırırlarsa, o zaman Qarabağ əlilləri üçün verilən bütün imtiyazlardan imtina edirik. Yalnız dövlət bizim sağlamlığımızı geri qaytarsın. Çox təəssüf ki, bizim bu xahişlərimizin də yerinə yetirilməsində maneələr var. Bu səbəbdən də, bu dəfə Sizdən artıq Azərbaycandan deportasiya olunmaq üçün yardım istəyirik. Biz, vaxtı ilə döyüşdən qacmadığımız kimi, indi də Azərbaycandan oğru kimi qacmaq istəmirik. Biz, bu Vətən qarşısında borcumuzu layiqincə yerinə yetirmiş insanlarıq və ümid edirik ki, gələcəkdə sığınacaq tapdığımız ölkədə layiqli vətəndaş kimi bizi qəbul edəcəklər və bizə bu adı dogrultmağa imkan yaradılacaq (Təəssuf ki, öz vətənimizdə bunu tapmadıq). Azərbaycanda əlil ola-ola, heç kəsə dilənmədən ailəmizi saxlamaq ucun halal əməklə qazandığımızı da bizə cox görurlər. Bizim başqa yolumuz qalmayıb artıq?. [b]Xatırladaq ki, adıçəkilən Qarabağ müharibəsi əlillərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yazdığı və yuxarıda qeyd edildiyi kimi, ARDNŞ-ə göndərildiyi məktub isə aşağıdakıdır. Mia.az həmin məktubu da olduğu kimi təqdim edir: [/b] ?Hörmətli Prezident , yazıb Sizin nəzərinizə çatdırmaq istəyirik ki, biz artıq Qarabağ müharibəsində əlil olduğumuz ucun, bu torpaq uğrunda canımızı verdiyimiz ucun peşmanıq. Bu səbəbdən də Sizdən xahiş edirik ki, bizim bu titulumuzu geri götürüb sağlamlığımızı qaytarasınız. Buna səbəb isə, dövlətimiz bizə verdiyi pensiya ilə ailəmizi dolandıra bilmədiyimiz ücün, biz son 15 ili "Azəriqaz" İB - də çilingər vəzifəsində işləyirdik. Amma son vaxtlar idarə rəhbərliyi tərəfindən bizlərə bildirilib ki, 2-ci qrup əlil olduğumuz ucun qaz təsərrüfatında işləyə bilmərik. İdarə rəhbərliyi arqument kimi bunu gətirir ki, guya Əmək Müfəttişliyi tərəfindən hər dəfə yoxlama gələndə, ona əlillərin iş səraiti ilə bağlı iradlar tutulur. Düzü, bizə qaranlıq qalan bir məsələdə var, axı, nə ücün Əmək Müfəttişliyi bizim işlədiyimiz Nəsimi Qaz İstismar Sahəsinin Qəza dispeçer xidmətində son 20 ildən bu günəcən 30 fəhlənin işlədiyi bir yerdə normal yuyunmağa belə, yerin olmadığını irad tutmadı, amma son 6 ayda artıq 2 dəfədir ki, əlillərin şəhər qaz təsərrüfatında işləmələrinə irad tutdu?!".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA